Modern.az

Koronavirusla mübarizədə bu dərmanlardan istifadə olunacaq

Koronavirusla mübarizədə bu dərmanlardan istifadə olunacaq

31 Mart 2020, 12:06

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusun müalicəsi üçün malyariya xəstəliyində istifadə edilən hidroksiklorokin və xlorokin dərmanlarının istifadəsinə icazə verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər malyariya xəstəliyinin müalicəsində ciddi effektlər verən hər iki dərmanı ABŞ indi də koronavirusla mübarizədə istifadə edəcək. Tramp adminstrasiyası artıq milyonlarla hidroksiklorokin və xlorokin dərmanlarını xəstəxanalara paylayacağını bildirib.

 

Qeyd edək ki, bu dərmanların koronavirusa qarşı istifadəsini bundan əvvəl Fransa da təsdiqləyib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?