Modern.az

Koronavirusdan ən çox niyə avropalılar ölür? - AÇIQLAMA

Koronavirusdan ən çox niyə avropalılar ölür? - AÇIQLAMA

2 Aprel 2020, 15:56

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin direktoru Hans Kluge Avropada virusa yoluxan şəxslərin 50%-dən çoxunun 60 yaşdan yuxarı şəxslər olduğunu söyləyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi risk qrupuna ürək-damar, hipertoniya və diabetdən əziyyət çəkən yaşlı insanlar daxildir.

Ölən avropalıların 50%-dən çoxunun 80-dən çox yaşı olub. Hər 10 öləndən 8-də 1 ya 2 xroniki xəstəlik olub.

Xatırladaq ki, aprelin 2-i üçün dünyada 48 min 320 koronavirusdan ölüm faktı təsdiqlənib ki, onlardan 30 098-i Avropanın payına düşür. Ölümlərin 90%-i 3 ölkənin – İtaliya, İspaniya və Fransanın payına düşür.

 

Ümumdünya Səhiyyə Təşkilatı Avropada orta yaşın, qoca insanların sayının yüksək olmasını və hava şəraitinin soyuq keçməsini koronavirusdan ölüm hallarının çox olmasında əsas amil hesab edir. Bundan başqa, “qoca qitə”yə xarici ölkələrdən insan axının da yüksək olması, İtaliya kimi bəzi ölkələrdə karantin tədbirlərinə gec başlanması virusun sürətlə yayılmasına yol açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi