Azərbaycanda bu gün 3656 nəfər koronavirusla bağlı test olunub.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, bununla da respublikamızda koronavirusla bağlı test olunanların sayı 56 667 nəfərə çatıb.
Qeyd edək ki, bu gün ölkədə 104 nəfər koronavirusa yoluxub. 1 nəfər isə dünyasını dəyişib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı isə 9-a çatıb. Ümumi sağalan xəstələrin sayı 101 nəfərdir. Hazırda xəstəxanalarda 816 nəfər koronavirusdan müalicə alır. Onlardan 5-i reanimasiyadadır, 3 nəfər isə süni tənəffüs cihazına qoşulub.