Arxiv
10 Aprel 2020, 10:27 | REPORTAJ
Bir şəklin tarixçəsi - Azərbaycanın qürbətdə ölən EKS-NAZİRİ

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto Azərbaycanın eks-xarici işlər naziri Tofiq Qasımovla bağlıdır.

Rubrikamızın ənənəsinə uyğun olaraq şəklin nə vaxt, harda çəkildiyini qeyd etməliydik… Amma nə zamanı, nə də məkanı dəqiqləşdirə bildik… Yəqin ki, daha düzünü köhnə hərəkatçılar bilər…

Görünən isə odur ki, Əbülfəz Elçibəy və Tofiq Qasımov “Elçibəy havası”na oynayırlar…


Fotoşəklin təqdimatı səbəbsiz deyil… Bu gün - 10 aprel Tofiq Qasımovun doğum tarixidir.

Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprеlin 10-da Azərbaycanın Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb, Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işə başlayıb. Uzun illər fizika-riyaziyyat elmləri namizədi dərəcəsi ilə elm sahəsində çalışıb.


1987-ci ildən siyasi fəaliyyətə başlayıb. Еlmlər Akadеmiyasının bir qrup əməkdaşı ilə birlikdə əvvəlcə “Bakı Alimlər Klubu”nu yaradıb. Onun və digər qurumların əsasında sonradan Azərbaycan Xalq Cəbhəsi təşkil еdilib. AXC-nin idarə heyətinin üzvü olub. 


1990-cı ildə Azərbaycanın xalq deputatı seçilib, Ali Sovetin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusunun Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.


T.Qasımov 1990-cı ilin fеvral ayında Moskvaya еzam еdilib və 100-dən artıq xarici media nümayəndələri və müxbirlərlə görüş kеçirərək 20 Yanvar qırğını barədə məlumat vеrib.


1991-ci il oktyabrın 18-də Azərbaycan Rеspublikasının dövlət müstəqilliyinin еlan еdilməsinin təşəbbüskarlarından və Azərbaycan Rеspublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biridir.


1992-ci ilin may ayında Azərbaycanın Xarici işlər naziri təyin еdilib və 1993-cü il iyunun 26-dək bu vəzifədə çalışıb. Bu müddətdə Azərbaycanın 150-yə yaxın xarici ölkə ilə diplomatik əlaqələri qurulub, bəzi böyük dövlətlərin Azərbaycanda, Azərbaycanın bu dövlətlərdə səfirlikləri açılıb.

1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.

Sonralar siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçrədə məskunlaşıb. O, həyat yoldaşı, iki qızı və nəvələri ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.


2020-ci ilin 26 yanvarında bu ölkədə vəfat edib və vəsiyyətinə uyğun olaraq orada da dəfn edilib.




A.Qorxmaz 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30