Modern.az

Paşinyan qərarını verdi – Qarabağ erməniləri siyasi ambisiyaların qurbanına çevrilir - TƏHLİL

Paşinyan qərarını verdi – Qarabağ erməniləri siyasi ambisiyaların qurbanına çevrilir - TƏHLİL

Analitika

14 Aprel 2020, 00:21

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında koronavirus rəsmən 6 nəfərdə təsdiq olunub.

 

Virus Laçının Bozlu, Mirik, Hüslü kəndlərində, Kəlbəcərin rayon mərkəzində süni məskunlaşdırılan ermənilərdə aşkar olunub.

 

Paralel olaraq, daha çox insanda virusun olduğu heç kəsdə şübhə doğurmur. Amma buna baxmayaraq, rəsmi Yerevanın göstərişi ilə aprelin 14-də keçiriləcək qondarma “prezident seçkiləri”nin ikinci turu ləğv olunmayıb. Paşinyan hər vəchlə ona sədaqət andı içən qondarma rejimin sabiq “baş naziri” Araik Arutunyanı başçı seçdirməyə çalışır.

 

İlk turda bu baş tutmadığı üçün o, bütün dünyanın koronavirusla mübarizə apardığı zamanda gözlənilən təhlükələr baxmayaraq Qarabağda ermənilərin səsverməyə getmələri barədə yalançı imic formalaşdırmağa çalışır. Dünyanın diqqətini prosesə çəkmək istəyir. Qarabağ ermənilərinin virusa kütləvi şəkildə yoluxa biləcəkləri ehtimalını Paşınyan rejimi siyasi ambisiyalarına qurban verir.

Aprelin 12-də Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan regionda fövqəladə situasiyanın elan olunduğunu söyləyib. O, virusun yayılma sürətini nəzərə alaraq, hər kəsdən çölə çıxmamağı tələb edib. Maraqlıdır ki, separatçı rejimin başçısı “fövqəladə vəziyyət” elan etməyib və bunu situasiya ilə əvəzləyib.

İlk baxışda bu önəmsiz fərq kimi görünsə də, “fövqəladə vəziyyət” elan olunan zaman heç bir “seçki” keçirmək mümkün olmayacaqdı.

Bu məqamda martın 31-də qondarma parlament və prezident seçkilərinin keçirildiyini xatırlamaq lazımdır.

 

Nikol Paşinyan bütün dünyanın kütləvi tədbirləri ləğv etdiyi zamanda bütün beynəlxalq humanitar və hüquq normaları kobud şəkildə pozaraq Azərbaycanın işğal altındakı ərazilərdə seçki keçirmək israrı Qarabağ erməniləri tərəfindən də etirazla qarşılanır.

 

Sizi diri-diri quyuya salaraq üstünüzə qum tökürlər

 

Xankəndində yerləşən “Artsax Dövlət Universiteti”nin müəllimi Narine Davtyan Paşinyan rejiminin bu oyunbazlığına etiraz olaraq açıq məktubla çıxış edərək işdən ayrılıb. O, etiraz məktubunda Paşinyanın öz adamı Araik Arutunyanı Qarabağın rəhbəri təyin etmək üçün qondarma “seçki” keçirməsini qəbul etmədiyini söyləyib.

 

“Ümid edirdim ki, bu məktubu yazmaq məcburiyyətində olmayacam, amma təsəvvür edin ki, sizi diri-diri quyuya salaraq üstünüzə qum tökürlər. Bizim hakimiyyət bizimlə məhz bu cür davrandı. Universiteti tərk edirəm və bununla hazırkı sistemə etiraz edirəm. İnsan həyatlarına tüpürən sistemin bir parçası olmaq istəmirəm. Pul və insanları qorxutmaqla ayaq üstə qalan hakimiyyəti və yeni təyin olunacaq “prezident” Araik Arutunyanı qəbul etmirəm”,- deyə etiraz məktubunda deyilir.

 

Amma görünən odur ki, bütün dünyanın tanımadığı və tanımayacağı “seçki şou”su və “demokratik imic” arxasınca Nikol Paşinyan Qarabağ ermənilərini humanitar fəlakətə aparır. Bu, bütün dünyada seçkilərin və s. kütləri tədibrlərin ləğv olunduğu şəraitdə avantürist və cinayətkar addım sayılmalıdır.

Maraqlıdır ki, Ümumdünya Səhiyyə Təşkilatı və bu kimi beynəlxalq qurumlar hələ ki, bu məsələyə seyrçi mövqedən yanaşırlar. Hesab etmək olar ki, erməni hiylə maşını koronavirusdan da yararlanmaq istəyindədir və bütün dünya bu virusa qarşı olduğu halda, hətta dünyanın qaynar nöqtələrinin susduğu zamanda qondarma seçki keçirməklə diqqət çəkmək istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər