Modern.az

Əhməd Cavadın indiyə qədər çap olunmayan şeirləri bir kitabda

Əhməd Cavadın indiyə qədər çap olunmayan şeirləri bir kitabda

Ədəbi̇yyat

16 May 2020, 09:18

Yaxın vaxtlarda Türk dünyasının böyük şairi, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın indiyə qədər nəşr olunmayan şeirləri bir kitabda toplanaraq çap ediləcək.

 

Bunu Modern.az-a açıqlamasında şairin nəvəsi Anar Axundzadə deyib. Anar Axundzadənin sözlərinə görə, 1937-ci ildə Əhməd Cavadın evində axtarış aparılarkən təxminən 48 vərəqlik əlyazmalardan ibarət dəftər otaqları ələk-vələk edənlərin gözündən yayınır. İllər sonra həmin dəftərdəki şeirlərin bir kitabda çap edilməsinə qərar verilir.

 

Anar Axundzadənin sözlərinə görə hazırda dəftər İstanbuldadır. O, yaxın vaxtlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcəyini bildirib.

 

Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!