Modern.az

İranda COVİD-19-a yoluxanların sayı kəskin artdı

İranda COVİD-19-a yoluxanların sayı kəskin artdı

1 İyun 2020, 15:36

İranda COVİD-19 səbəbiylə son 24 saatda 81 nəfərin həyatını itirməsi səbəbindən ümumi həyat itkisi 7 878-ədək yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur məlumat verib.

Ümumi həyat itkisinin 7 878-ə çatdığını bildirən nazirlik nümayəndəsi 24 saat ərzində yoluxma sayının 2 min 979 nəfər artaraq 154 min 445-ə çatdığını qeyd edib.

COVİD-19 xəstələrindən 2 min 578-nin vəziyyətinin ağır olduğunu bildirən Cihanpur müalicəsi başa çatdıqdan sonra 121 min 4 nəfərin xəstəxanadan təxliyyə edildiyini bildirib.

Nazirliyin sözçüsü cəmiyyətin əksəriyyətinin sağlamlıq qaydalarına riayət etdiyini, lakin bəzi bölgələrdə, sosial məsafəyə əməl edilmədiyini və maska taxılmadığını qeyd edərək bəzi təlimatlara əməl etməyən əksər müəssisələrin bağlandığını vurğulayıb.

 

Qeyd edək ki, İranın İsfahan, Şərqi və Qərbi Azərbaycan, Loristan, Kirmanşah, Hürmüzgan və Sistan-Bəluçistan əyalətlərinin yüksək riskli bölgələr sırasına daxil olduğu bildirilir.

Xatırladaq ki, İranda ilk COVİD-19-a yoluxma faktı fevralın 19-da Qum şəhərində aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi