Modern.az

Bu günədək koronavirusun qeydə alınmadığı 6 ÖLKƏ

Bu günədək koronavirusun qeydə alınmadığı 6 ÖLKƏ

4 İyun 2020, 09:50

Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı zamanda 6 ölkə öz ərazisində bu günə kimi koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib. 

Modern.az xəbər verir ki, bu ölkələr Vanuatu, Nauru, Tonqa və Solomon Adaları, Türkmənistan və Şimali Koreyadır.

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyada 10 min vətəndaşın karantinə alınması barədə məlumat yayılsa da, ölkədə virusun olması barədə rəsmi məlumat verilməyib.

COVİD-19-a bir vətəndaşının da yoluxmadığını elan edən Türkmənistanın rəsmi statistikası şübhə doğurur. Çünki bu ölkənin bütün qonşuları, xüsusən İranda virus geniş vüsət alıb.

 

Okeaniyada yerləşən cırtdan Vanuatu, Nauru, Tonqa və Solomon Adaları isə coğrafi mövqeyinə görə, virusdan ən təhlükəsiz ərazilər sayıla bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir