Modern.az

Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib

Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib

İqtisadiyyat

6 İyun 2020, 21:05

2019-cu ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnoz göstəriciləri 112,1% səviyyəsində yerinə yetirilib.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsi ilə bağlı hazırladığı rəy əsasında tərtib edilmiş xülasədə qeyd edilib. Neft gəlirləri isə proqnozlaşdırılmış 13,7 mlrd. manata qarşı 13,6 mlrd. manat olmaqla kiçik kəsirlə icra edilib. Xülasədə, həmçinin  qeyri-neft sektorundan büdcə gəlirlərinin qeyri-neft ÜDM-ə nisbətinin son illərdə ən böyük göstərici  olmaqla 21,1% təşkil etdiyi qeyd olunub.

Həmçinin 2018-ci illə müqayisədə qeyri-neft gəlirlərinin daha sürətlə artdığı göstərilib. Belə ki, 2019-cu ildə neft sektorundan gəlirlərin əvvəlki ilə nisbətən dəyişməsi 101,5%, qeyri-neft sektorundan gəlirlər isə 116,5% olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir