Modern.az

Pandemiya dövründə vətəndaşlarımızın sığındığı yer - Macarıstandakı Azərbaycan Evi

Pandemiya dövründə vətəndaşlarımızın sığındığı yer - Macarıstandakı Azərbaycan Evi

Diaspor

13 İyun 2020, 10:41

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir.

 

Artıq 9 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan Evləri yaradılıb.

 

Maraqlıdır, müxtəlif  ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evlərinin pandemiya dövründə iş prosesi necə oldu? Vətəndaşlarımız yardım üçün Azərbaycan Evlərinə müraciət etdimi?

 

Bu sualla Macarıstandakı Azərbaycan diasporunun ,“Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin və Macarıstandakı Azərbaycan Evinin rəhbəri Ramiz Əmirliyə müraciət etdik. Azərbaycan Evinin rəhbəri Modern.az-a açıqlamasında Macarıstandda 135 nəfər azərbaycanlının vətənə dönməsini gözlədiyini və Azərbaycan Evinin fasiləsiz olaraq vətəndaşlarımızın xidmətində olduğunu bildirdi:

 

“Avropanın başqa ölkələrində olduğu kimi Macarıstanın Budapeşt şəhərində yerləşən Azərbaycan Evi də pandemiya dövründə çevik və daimi fəaliyyət göstərməyi bacardı. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun xüsusi tapşırığı əsasında biz, Azərbaycan Evi olaraq tam fəaliyyət şəraitinə keçdik. Diaspor Komitəsində yaradılan 24 saat qaynar xətlə daimi əlaqə yaradaraq mütəşəkkil fəaliyyətimizi təşkil edə bildik. Bizə çoxlu sayda vətəndaşımız müraciət etməyə başladı. İlk dövrlərdə hətta panika səviyyəsində işləməli olsaq da sonradan hər şeyi nizama sala bildik. Bir çox vətəndaşlarımız ücün Azərbaycan Evi sığınacaq yeri oldu. Vətəndaşlarımıza lazım olan bütün xidmətləri göstərməyi bacardıq. İstər maddi cəhətdən istər mənəvi cəhətdən. Hazırda burda 135 nəfər azərbaycanlı vətənə dönmək ücün gözləyir. Artıq 3 gündür Şengen ölkələri bütün sərhədlərini açıblar. Ayın 15-dən Türk Hava Yolları öz fəaliyyətini bərpa edəcək. İyulun 2-dən də Budapeşt-Bakı uçuş xətti xidmətini göstərməyə başlamalıdır.

 

Pandemiya döründə də Azərbaycan Evi tam fəalyyətini göstərib və yenə də göstərir. Biz Budapeşt şəhərində yaşayan və oxuyan bütün vətəndaşlarımıza eytiyacı olanlar ücün maskalar, əlcəklər və bir neçə dəfə ərzaq yardım paketləri paylamışıq. Pulu olmayan vətəndaşlarımıza maddi yardım, qalmaq üçün yer lazım olanlara Komitənin sədri Fuad Muradovun göstərişi əsasında yaşayış yerləri təşkil etmişik. Hazırda hələ də Azərbaycan Evinin himayəsi altinda yaşayan vətəndaşlarımız çoxdur. 

   

İş rejimimizə gəlincə, düzünü deyim ki, bizdə iş rejimi saatlarla müəyyən olunmur. Azərbaycan Evinə müraciət edən vətəndaşa deyə bilmərəm ki, axşam saat 6-nı keçib sabah görüşək. Xeyr, mən dəfələrlə gecə saat 11-ə, hətta gecə saat 1 tamamda müraciət edən vətəndaşın yanına getmişəm. Onun müalicəsi üçün həkim çağırmışam, həkimə aparmışam, lazım olan dərmanı öz evimdən aparıb vermişəm. Mən bunu etməsəm həmin gecəni öz evimdə rahat yata bilmərəm.

 

Onu da qeyd edim ki, Azərbaycan Evi həm də Budapeşt şəhərində fəaliyət göstərən Azərbaycan səfirliyi ilə də birgə fəaliyyət göstərir. Çox hörmətli səfirimiz Vilayət Quliyevin fəaliyyəti mən deyərdim ki, əvəzsizdir. Onu da bir fakt olaraq deyə bilərəm ki,  bir çox vətəndaşlarımıza səfirlik işciləri öz vəsaitləri hesabına dəfələrlə yardımçı olublar. Bütün bunlar məhz səfirimiz Vilayət Quliyevin bariz fəaliyyətinin nəticəsidir”.

  

Diaspor  rəhbəri Azərbaycan Evinin qarşıda duran məqsəd və vəzifələrindən də danışıb:

  

“Vətəndaşlarımızın bizə, Azərbaycan Evi olaraq müraciəti həmişə diqqət nəzərimizdə olub, elə bun gün də nəzərimizdədir. Artıq Macarıstanda narahatlığa səbəb yoxdur. Burda pandemiya öz dövrünü başa vurub, bütün sərhədlər artıq açılıb. Macar dövləti pandemiya ilə mübarizədə üzü ağ çıxmağı bacardı. Dövlətin və hörmətli Baş Nazir Orban Viktorun çevik və vaxtında verilən qərarları əsasında cox az itki ilə bu korona virusdan xilas ola bildik. Əlbəttə macarlar da istər-istəməz iqtisadi cəhətdən itkiyə məruz qaldılar, iş yerlərini itirənlər də çox oldu. Amma, yeni düzən ücün hökumət yerli firmalara çox ucuz faizlə mikro kreditlər paketi hazırlayib iş adamlarının ixtiyarına verib və iyul ayından başlayaraq bu kreditlər paketi işə düşəcək. 

Macarıstanda Azərbaycan Evinin fəaliyyətinin əsas məqsədi qohum olan bu iki xalq arasında dostluq körpüsünü daha da möhkəmləndirməkdən ibarətdir. Koronavirus dönəmindən sonra yeni bir fəaliyyət düzəninə başlamışıq. Diaporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tapşırığı əsasında fəaliyyətimizin nəzdində “Qarabağ” məktəblərinin açılışı və burada yaşayan azərbaycanlı vətəndaşlarımızın eləcə də macar və digər qeyri millətlərin uşaqlarını bu məktəbə cəlb etməklə onlara, dilimizi, mədəniyyətimizi təbliğ edəcəyik. Bununla bərabər iki xalq arasında mədəniyyət adamlarını, tarixçiləri, dilçiləri, alimləri və iş adamlarının mütəmadi olaraq görüşlərini və səfərlərini təşkil edəcəyik. 

 

Azərbaycan Evi bütün bunlarla bərabər həm də burada yaşayan bütün vətəndaşlarımızın doğma yeridir. Milli bayramlarımızda, özümüzə aid olan hər hansı bir tədbirimizin keçirilməsində məhz Azərbaycan Evinin əvəzi yoxdur. Bunu məhz pandemiya dövründə bir daha hiss etdik. Bura gələn qonaqlar həmişə deyirlər ki, sanki, özlərini doğma Azərbaycanımızda olduğu kimi hiss edirlər. Məhz elə bu kimi ifadələrin bizə verdiyi sevinc bizim ücün yetərlidir. Mən bütün vətəndaşlarımıza üz tutub deyirəm, istər turist kimi, istər bir iş adamı kimi Macarıstana təşrif buyuranlar Azərbaycan Evinin qapısını açmamış buradan geri dönməsinlər! Bütün imkanlarimiz çərçivəsində vətəndaşlarımızın qulluğunda məmnuniyyətlə durmağa hazırıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı