Arxiv
14 İyul 2020, 17:39 | AKTUAL
Qafqaz Müsəlmanları İdarəsi cəbhədəki vəziyyətlə bağlı BƏYANAT yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı bəyanat yayıb.

 

QMİ-dən Modern.az-a verilən məlumata görə, bəyanatda Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən dini ictimaiyyətin narahat olduğu vurğulanıb:

 

“Uzun illərdir Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20 faiz  ərazimizi işğal altında saxlayan bədnam Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması, ərazilərimizin təcavüzə məruz qalması Azərbaycan xalqını, o cümlədən, dini ictimaiyyəti dərindən narahat edir.

 

Yer üzündə ən vacib ilahi dəyər olan sülhün zaman-zaman mənfur qonşu dövlət tərəfindən məkr və fitnə ilə pozulması yeni savaşlara və yeni tələfatlara meydan açıb. Böyük ürək ağrısı ilə qeyd edirik ki, düşmənin təxribatçı həmləsini dəf edərkən qəhrəman Azərbaycan övladları şəhid olub, igid hərbçilərimizin bir neçəsi yaralanıb, mülki əhali arasında insan tələfatı baş verib. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qazılar Şurası və bütün müsəlman din xadimlərimiz adından şəhidlərimizə Allah-təaladan rəhmət, yaralılarımıza şəfaət diləyir, şəhidlərimizin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına səbr və  dəyanət arzulayır, düşmən qarşısında mətanətli olmaga çağırırıq. 

 

Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri geri çəkilib. Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaradıb. Biz işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini və beynəlxaq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırırıq! 

 

Qafqaz Müsəlmanları İdarəsi bu narahat günlərdə Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha  bəyan edir, qəhrəman Azərbaycan Ordusuna həmişə yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayır! Allah-təala Haqq işimizə yardımçı olsun!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeyib-içmək məclisinin fotolarını sosial şəbəkədə paylaşanlar cərimələndi 13 Avqust 2020, 10:50 “Lotu Quli”nin adamları həbs olundu - FOTO 13 Avqust 2020, 10:44 Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40