Modern.az

\"Qarabağ\" bu 4 komandadan biri ilə görüşəcək

\

9 Avqust 2020, 00:18

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Modern.az xəbər verir ki, təmsilçimiz "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq. Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək. Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbəbində olacaq.

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi