Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

25 May 2012, 17:50

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir.Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır.Hər bir insanı hansı peşəni seçəcəyi,hansında uğur qazanacağı fikri düşündürür.Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəsisinə də çevrilə bilir.Bəyənmədiyin,sevmədiyin işi yerinə yetirmək çox çətin və maraqsız olur,adam işdən yorulur,bezir,işinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir.Çox zaman gənclər peşəni seçərkən hansı sahənin daha çox pul gətirəcəyi haqda fikirləşirlər.Peşə təkcə pul qazanmaq,dolanışıq məqsədi ilə yox,həm də özünü ifadə etmək,doğrultmaq üçün seçilməlidir.Peşənin insan həyatında rolu yüksəkdir.Peşə insanın gələcəyini təmin edir.Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir.Peşə seçərkən gənclər psixoloq,valideyn ilə birgə seçim etsə daha yaxşı olar.Amma buna çox zaman əməl olunmur.Gənclərin çox az bir qismi öz istəyi ilə seçim edirlər.Əksəriyyət gənclər seçimini isə valideynlərinin istəyi ilə seçirlər.Peşə seçimində əsas problemlərdən biri də məhz valideynlərlə bağlıdır.Onlar övladlarını öz istədikləri ixtisasda görmək istəyirlər.Amma övladlarının fikirlərini öyrənmirlər,onların qabiliyyətini nəzərə almırlar.Uşağın öz seçimi olduğu halda valideyinin istəyi ilə başqa peşə seçməli olurlar.Belə olan halda valideyinin istəyi ilə seçilən peşədə uşaq heç bir uğur qazana bilmir,çünki uşağın bu peşəyə sevgisi olmur.Halbuki öz seçimi olsaydı öz peşəsində daha çox uğur qazanar,bəlkə öz sənətinin əsl peşəkakı ola bilər.Bu gün ölkəmizdə gənclərimizin azad seçim eləmək imkanı olmadığına görə peşəkarolmayan peşə sahiblərinin sayı artıb.Peşəni gənclər seçərkən bir çox prinsiplərlə seçirlər.Bəziləri nəsidən-nəsilə ötürülmə prinsipi ilə peşə seçir.Ailədəki valideynlər həkimdirlərsə mütləq övladları da həkim olmalıdır.Başqa bir prinsip gənclərimizin başqalarına baxaraq seçim eləməsidir.Kimsə hansısa peşədə qabiliyyətli olursa,uğur qazanırsa gənclərimizin ağlına da həmin peşəni seçmək gəlir.Gənclər elə düşünürlər ki,onlar da bu işdə müvəffəqiyyət qazanacaqlar.Hətta gənclər peşə seçimini düzgün etmədikdə uzun müddət həyatda öz yerlərini tuta bilmirlər.Gənclərin çoxu peşə seçimini təsadüfi edirlər.Onların yığdıqları bal istədikləri peşəni seçməyə çatmadıqa istər-istəməz başqa ixtisasa yiyələnməli olurlar.Bu da gələcək həyatlarında gənclərimizin iş tapmasında çətinlik törədir.Əgər hər birimiz istəyiriksə işimizdə professional olaq bunun üçün də özümüzə ən uyğun olan peşəni seşməliyik.Elə bir peşəni seçməliyik ki,həyatımız boyu məşğul olduğumuz sahədən sıxılmayaq.

Kamilova Gülşad
Bak
ı Dövlət Universitetinin II kurs tələbəsi

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir