Arxiv
4 Sentyabr 2020, 09:10 | ANALİTİKA
“Bəzi vəzifəli şəxslər ruspərəst siyasət yürüdürdülər, vəziyyət artıq dəyişib” - “Beyin mərkəzi”nin rəhbəri - ŞƏRH

Rusiyanın “Nezavisimaya qazeta” nəşri son vaxtlar Azərbaycan haqqında dezinfromasiyalarla dolu silislə məqalələr tirajlayır. Həmin məqalələrdə əsasən iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.


Bəzi ekspertlər deyirlər ki, “Nezavisimaya qazeta”ya belə sifarişli yazılar əsasən Kremldən ötürülür. Yəni rəsmi Moskvanın mövqeyi olmadan Rusiyada dövlət əeyhinə dərc olunan siyasi motivli məqalələrdə Azərbaycana qarşı ittihamların yer alması çətin inanılan məsələdir.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Modern.az saytına bu məsələni şərh edib. O, hesab edir ki, Rusiyada hər hansı dövlətə, hakimiyyətə və ya şəxsə qarşı kampaniya başlayanda bu, ölkənin bütün media və ictimai qurumlarında kütləvi xarakter alır:


“Məsələn, 2016-cı ildə Türkiyədə rus təyyarəsinin vurulmasından sonra hər yerdə sovet stilində kampaniya başlamışdı. İnformasiya müharibəsi kütləvi hala çevrilmişdi. İndi biz bu dərəcədə təxribat hiss etmirik. Ayrı-ayrı məqalələr sifariş şəklində də qeydə alına bilər. Bilirik ki, Vladimir Muxin, Stanislav Tarasov və s. şəxslər ermənipərəst mövqedən çıxış edirlər. Ona görə, hesab edirəm ki, bu cür sifarişli yazıları dərc etdirəcək şəxslər ola bilər.


Bundan əlavə, iki ölkə arasında gərginlik həqiqətən mövcuddur. Səbəb isə birmənalı olaraq, Rusiyanın Ermənistanı dəstəkləməsidir. Vaxtaşırı hər iki tərəfdən bəyanatlar verilir ki, “biz hərbi müttəfiqik”. Burada söhbət bizə qarşı olan fəaliyyətdən gedir. Tək iki ölkə arasında hərbi əməkdaşlıqdan söhbət getmir. Biz müşahidə edirik ki, 2016-cı il aprel hadisələrindən  və 2020-ci il Tovuz döyüşlərindən sonra məhz Ermənistanın hərbi infrastrukturunun yaxşılaşdırılmasına, işğal olunmuş ərazilərdə və sərhəddə olan zəif nöqtələrə  Rusiya yardım göstərib. Məsələn, Tovuz döyüşlərindən sonra məlum oldu ki, Ermənistanın antidron, radio-kəşfiyyat avadanlıqlarına daha çox ehtiyacı var. Bu hadisələr göstərdi ki, həmin məqamlar Ermənistanın zəif yeridir. Döyüşlərdən sonra bir daha aydın oldu, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması Rusiyanın dəstəyi olmadan mümkün deyil”.


Fərid Şəfiyevin sözlərinə görə, 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycana vəd olunmuşdu ki, Rusiya münaqişənin həlli istiqamətində səylərini artıracaq:


“Substantiv danışıqların aktivləşəcəyindən ağızdolusu danışılırdı. Əslində isə bu və ya digər səbəblərə görə, vədlər yerinə yetirilmədi. Əksinə Rusiya Ermənistanı bir az da gücləndirdi.


Hazırda regionda gərginliyi davam etdirən iki faktor var. Danışıqlar prosesində yeni Türkiyə faktoru ortadadır. Ona görə, yeni adlandırırıq ki, Türkiyə regionda Ermənistan-Azərbaycan münaqişəsində sözdə fəal olsa da, realda heç bir addım atmayıb. Lakin artıq Türkiyə qeyd edib ki, Azərbaycana Ermənistanın işğalçı siyasətinə qarşı real köməklik edə bilər. Bu, geosiyasi baxımdan Rusiyanın dominant rolunun yox olmasına gətirib çıxara bilər. Bu isə Moskvanı çox narahat edir.


İkinci faktor isə, Azərbaycanın daxilində uzun illərdir bəzi vəzifəli şəxslərin yürütdüyü siyasətdir. Həmin şəxslər ruspərəst siyasəti nəinki yeridirdilər, hətta imkan vermirdilər ki, xarici siyasi prioritetlər sahəsində müzakirələr aparılsın. Bu vəziyyət artıq dəyişib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35