Modern.az

Məğlubiyyət ölüm deyil – İŞİD FÜRSƏT GÖZLƏYİR              

Məğlubiyyət ölüm deyil – İŞİD FÜRSƏT GÖZLƏYİR              

18 Sentyabr 2020, 13:50

2014-cü ilin yayında qısa müddətdə İraq və Suriyada geniş ərazilər ələ keçirən İŞİD qruplaşması öz hərbi hazırlığı və amansızlığı ilə bütün dünyanı təccübləndirdi.

Bundan sonra İslam dövləti qurduğunu elan edən qruplaşmaya qarşı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya genişmiqyaslı əməliyyatlarla başladı.

 

Nəticədə İŞİD-in nəzarətində olan geniş ərazilər – Mosul, Raqqa və s. iri şəhərlər beynəlxalq koalisiyanın hava dəstəyi altınd İraq ordusu və kürd peşmərgələri tərəfindən azad olundu.

2017-ci ilin sonlarında qruplaşma üzərində qələbə elan olunsa da, İŞİD-in sonuncu dayaq məntəqləri 2019-cu il əvvəllərində ələ keçirildi.

 

BMT təsdiqləyib: İraq və Suriyada 10 minə qədər aktiv İŞİD üzvü var

 

Terrorizmə qarşı bu uğurlar “İŞİD süqut etdi” kimi yanlış təssüratların yaranmasıəna səbəb oldu.

Doğurdan da İŞİD nəzarəti altında olan bütün əraziləri itirsə də, qruplaşmanın tamamilə məhv edildiyini söyləmək yanlış olar. Hələ də İŞİD-in rəhbər stukturu dağınıq halda olsa da, fəaliyyət göstərir və azsaylı üzvlərinin terror aksiyalarını korrdinasiya edir. Qruplaşma əvvəlkindən fərqli olaraq indi əraziləri nəzarətdə saxlamaq taktikasını davamlı silahlı hücumlar və aksiyalarla əvəzləyib.

 

Bu fakt BMT səviyyəsində təsdiqlənir

 

Ötən həftə BMT-nin Antiterror idarəsinin rəhbəri Vladimir Voronkov İraq və Suriyada 10 minə qədər aktiv İŞİD üzvünün qaldığını və təşkil olunan hücumların sayının artdığını qeyd edib.

 

Türkiyə ordusunun dəstəyi ilə Bəşər Əsəd qüvvələrindən təmizlənmiş Suriya ərazilərində İŞİD-ni hələ də təhlükə mənbəyi olması təsdiqlənir.

“Bu ərazilərdə 3 minə qədər İŞİD döyüşçüsü var. Əsəd rejiminə qarşı müxalifətə dəstək verilməsə, bu təhlükə yenidən böyüyəcək”-deyə Suriya müxalifətinin silahlı birləşmələrində divizion komandiri vəzifəsini tutan Saif Abu Bəkr Əl Həmzə açıqlama verib.

 

Sentyabrın 14-də Bağdadın qərb hissəsində İraq xüsusi təyinatlıları İŞİD-in rəhbər şəxslərinə qarşı əməliyyat həyata keçirdi.

“Əməliyyat zamanı İŞİD-in bu regiondakı əsas maliyyəçisi məhv edilib, bundan başqa, daha bir qruplaşmasının rəhbəri saxlanılıb”-deyə rəsmi məlumatda deyilirdi.

 

 

İŞİD Avropa, Əfqanıstan, Qərbi Afrika, Mozambik, Konqo Demokratik Respublikası, Fillipin və Şimali Qafqazda hələ də var

 

Məlumat qruplaşmanın hələ də İraq və Suriyada ciddi təhlükə mənbəyi olaraq qalmasına işarədir.

Böyük Britaniyanın “Guardian” qəzeti isə 2020-ci ilin yanvarından qruplaşmaya İraq əsilli Əmir Məhəmməd Əbdül Rəhmanəl-Salbinin başçı təyin olunduğunu yazıb. Qəzet qruplaşmanın hazırkı durumu ilə bağlı skeptik yanaşma sərgiləyib.

“Nəzarətdə olan ərazilər əldən çıxdıqdan sonra qruplaşmanın stukturu pozulub. İŞİD artıq monolit struktura malik təşkilat deyil, ayrı-ayrı yerlərdə terror hücumları təşkil edən bir neçə iri hücrəyə bölünüb”.

 

BMT-nin son hesabatları isə başqa mənzərəni təqdim edir. Belə ki, İŞİD-in İraq və Suriyadakı əsas kontingenti və beyin mərkəzi ilə yanaşı, Liviyada bir neçə yüz üzvündən ibarət silahlı dəstəsi var.

Xarici mediada yer alan məlumatlara görə, qruplaşmanın Əfqanıstan, Qərbi Afrika, Mozambik, Konqo Demokratik Respublikası, Fillipin və Şimali Qafqazda filialları mövcuddur.

 

“Pandemiya şəraitində İŞİD Avropa ölkələrində radikal təbliğat aparmaq üçün internetdən geniş istifadə edir. Avropa həbsxanalarında da radikallaşma meylləri artır. Pandemiyadan əvvəl və sonra İŞİD-in törətdiyi təhlükənin miqyasına yenidən baxmaq lazımdır”-deyə BMT-nin hesabatında deyilir.

 

İŞİD-in pandemiyadan öz məqsədləri üçün istifadə edə biləcəyini gözləniləndir

 

Beynəlxaklq təşkilatların və ayrı-ayrı ölkələrin rəsmi dairələrinin açıqladığı məlumatlar əsasında İŞİD qruplaşmasının ağır zərbələr aldığı təsdiqlənsə də, məhv edilmədiyini və qruplaşmanın pandemiya şəraitində dünyada ağırlaşan sosial-iqtisadi vəziyyətdən öz məqsədləri üçün istifadə edə biləcəyini deməyə əsas verir.

 Bu məqamda Türkiyə prezidentinin İŞİD-lə bağlı “Nyu York Tayms” qəzetinə söylədiyi fikirlər maraqlıdır.

 

““İŞİD hərbi planda Suriyada məğlub edilib. Bununla belə, biz, bəzi xarici qüvvələrin qruplaşmanın qalıqlarından Suriyanın daxili işlərinə qarışmaq üçün bəhanə kimi istifadə edə biləcəyindən çox narahatıq”.

Beləliklə, bütün söylənilənlər onu deməyə əsas verir ki, İŞİD məğlub edilsə də, öldürülməyib, açıq və gizli dayaqları qalmaqdadır. Məsələyə etinazsız yanaşma isə bu təşkilatın ayağa qalxmasına gətirə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır