Arxiv
23 Sentyabr 2020, 15:02 | PARLAMENT
“Yaxşı olardı ki, müharibə qanunlarını öyrənsinlər” - Deputatdan Müdafiə Nazirliyinə CAVAB

Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbrsizliklə gözləyir” fikirlərinə münasibət bildirib.

Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir:

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinə cavab verib. Modern.az-ın məlumatına görə, Q.Həsənquliyev deyib:

“Bilmirəm açıqlamanı kim və kimin tapşırığı ilə verib. Yaxşı olardı ki, onlar müharibə qanunlarını öyrənsinlər. Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən. Paşinyanın arvadı əli avtomatlı, hərbi formada mənim ölkəmə işğalçı kimi gəlibsə, onu ya öldürməli, ya da əsir götürməliyik. Müdafiə Nazirliyinin açıqlama verən o xanımı və ya kişi cinsindən olan təmsilçisi desin görək onlar müharibə başlayacağı təqdirdə nə edəcəklər? İkincisi, düşməni əsir götürmək öldürməkdən daha humanist addımdır. Həmçinin desinlər görək düşməni əsir götürməkdə mənəvi dəyərlərə zidd olan nədir? Görünür bu açıqlamanı verənlər mənim açıqlamama öz mənəviyyatlarına uyğun yanaşıblar. Yaxşı olardı siyasi məsələlərlə məşğul olmaq əvəzinə güclü ordu qurmaqla məşğul olsunlar. Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla (David Tonoyanı nəzərdə tutur) İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər daha yaxşı olardı. Yadlarına salım ki, 2020-ci ilin iyulunda ermənilər Tovuza hücum etmişdilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42