Arxiv
16 Oktyabr 2020, 12:00 | ANALİTİKA
Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışır

Üzeyir Şəfi,
konfliktoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında nümayiş etdirdiyi qətiyyət  Azərbaycan vətəndaşında hansı qürur dolu hislər yaratmışdısa, bu gün ali baş komandanın rəhbərliyi ilə ordumuzun müzəffər yürüşü bir daha o hisləri bizə yaşatmaqdadır. Xatırladırıq ki, Azərbaycan prezidenti həmin tədbirdə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına cavab olaraq o böyük tribunadan qətiyyətlə bildirdi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi”.

           
Görünən odur ki, Nikol Paşinyan  Azərbaycan prezidentinin bu ifadəsinin sonunda qoyulan durğu işarəsinin mənasını anlamadı. Əgər anlasaydı Ermənistan ölkəmizə qarşı iyul , bir qədər sonra avqust  və nəhayət, sentyabr təxribatlarını törətməz, ölkəmizin işğal olunmuş rayonlarında beynəlxalq hüquqa zidd məskunlaşma siyasəti aparmaz, o və onun komandası sərsəm, məsuliyyətsiz bəyanatlar verməz, cəbhə boyu mülki əhalimizə, hərbi hissələrimizə qarşı təxribatlar törətməzdi.Onun nəticəsidir ki, bu gün Azərbaycan xalqı ali baş komandanın rəhbərliyi ilə böyük vətən müharibəsinə başlayaraq öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə aparır. Bəli,Paşinyanın  qəbuledilməz “yeddi şərti” Azərbaycan prezidenti tərəfindən rədd edilərək sülhə nail olmaq üçün yeganə şərtin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bəyan edildi.

           
Ölkə başçısı sözü gedən problemlə bağlı bütün çıxışlarında haqlı olaraq və faktlara söykənərək bildirirdi: ”..Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar da bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

           
Azərbaycan prezidenti özünəməxsus müdriklik, təmkin nümayiş etdirərək öz hərbi doktrina və Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirləri rəhbər tutan Ermənistanın məkirli planlarını səbrlə izləyir və  beynəlxalq ictimaiyyəti, cavabdeh beynəlxalq qurumları Ermənistanın region və dünya üçün nə qədər təhlükəli bir mövqeyə malik olmaları ilə bağlı mütəmmadi olaraq məlumatlandırır və baş verə biləcək hadisələr üçün Ermənistanın birbaşa məsuliyyət daşıdığını qeyd edirdi.

           
Prezident İ.Əliyevin istər ölkə ictimaiyyəti qarşısındakı, istərsə də beynəlxalq tribunalardakı çıxışlarında açıq şəkildə Ermənistanın təhlükəli yol tutduğu və məsuliyyətsiz hərəkətlərlə Azərbaycanı təxribata çəkdiyi vurğulanırdı.Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən də bu istiqamətdə məsul beynəlxalq qurumlara ismarıc ünvanladı və əslində bildirdi ki, baş verə biləcək hadisələrə görə təxribatçı ölkə Ermənistan məsuliyət daşımalıdır.Diqqət yetirsək prezidentin çıxışında Ermənistanın sentyabr təxribatı barədə ehtimal aydın şəkildə ifadə olunub və ölkə başçısı  Toivo Klaarı bu təxribatın ola biləcəyi ilə qabaqcadan məlumatlandırıb. Ölkə başçısı ehtimal olunan təxribatlarla bağlı qeyd edirdi:” Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik.Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm...”

           
Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar prezidentə cavabında : “...Mən öz növbəmdə vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam” demişdi.

           
Eyni xəbərdarlığ sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı da bildirmişdi.Bu o anlama gəlir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əslində vaxtında Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri ilə bağlı bütün aidiyatı qurumları xəbərdar etmişdi.Amma təəssüf ki, onlar situasiyanı görməzdən gəlir,ancaq Azərbaycanın əkshücum əməliyyatlarından sonra sanki öz vəzifələrinin məsuliyyətini başa düşdüklərini “sərgiləyirlər”. Sual olunur bu gün Azərbaycan ordusunun müzəffər yürüşündən əndişələnənlər niyə Ermənistanın ehtimal olunan təxribatları ilə bağlı preventiv təşəbbüslər göstərmədilər?! Axı Azərbaycan prezidenti ən yüksək tribunalardan onları xəbərdar etmişdi.Belə olan halda onlara Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın təbirincə cavab vermək yerinə düşərdi: “Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan, uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”.

           
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün bütün son çıxışlarında Ermənistanın təxribatlar törətməyə hazırlaşmalarının əlamətlərini istər ölkə ictimaiyyəti ilə görüşdə, istərsə də problemlə məşğul olan məsul qurumların nümayəndələri ilə keçirilən gürüşləərdə vurğulayırdı:”.. Ermənistanın təxribata hazırlaşdığının başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.
           
Prezident qeyd edirdi ki, ”.. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat idi. Baxmayaraq ki, həmin dırnaqarası “seçkilər” əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi.Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada  cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır...”.

 Azərbaycan danışıqlar prosesinə sadiq qalaraq iki ölkə arasında sülhün bərqərar olması üçün ilkin addımlar kimi əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini irəli sürsə də  sülh prosesini həmişə xəyanət edən Ermənistan hökuməti beynəlxalq hüquqa zidd olaraq Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini dəfələrlə  rədd etmişdir. Bildiyimiz kimi, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülmüş və işgəncəyə məruz qalmışlar.

Ölkə başçısı çıxışlarında bildirirdi ki, Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Dövlətimizin başçısı tamamilə haqlı qənaətdədir ki, ümumiyyətlə Paşinyan hakimiyyəti dönəmində Ermənistanın faşist, nasist, terorçu mahiyəti daha qabarıq formada açılmağa başladı. Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.

Artıq tarixdən məlumdur ki, Ermənistan tarixən terordan bəhrələnərək öz mürtəce niyyətlərini həyata keçirməyə çalışmışdır.Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Dövlət başçısı çıxışlarının birində xəbərdar edirdi ki, bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir.

Azərbaycan Ermənistan tərəfindən törədilən son təxribatlara qədər danışıqlar prosesinə sadiq qalmış, səbrlə problemin çözülməsini gözləmişdir.Ölkə rəhbəri əlaqədar beynəlxalq qurumları, vasitəçilik misiyasına mandatlı dövlətləri məlumatlandırırdı ki, Ermənistan ərazisində azərbaycanlıların bütün izlərini silmək məqsədilə Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır.Bununla yanaşı,Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Ancaq təssüflər olsun ki, vasitəçi dövlətlər nəinki, problemi görməzdən gəldilər, bir sıra hallarda elə onların öz vətəndaşlarına məxsus şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarı ilə məşğul olurdu.Belə nəticəyə gəlmək olar ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı status-kvonun əməli olaraq saxlanmasında maraqlı olan vasitəçi dövlətlərin bir niyəti də məhz onların iqtisadi merkantil məqsədləri ilə bağlı olmuşdur.

Yeri gəlmişkən, bu gün də həmsədr dövlətlərin sülh çağrışı səmimi və ədalətli deyildir. Əgər onlar səmimidilərsə Ermənistan tərəfdən Azərbaycanın qeyri müharibə bölgəsində yerləşən həyati əhəmiyyətli obyektlərini, mülki şəxsləri atəş hədəflərinə çevirmələrinə sərt reaksiya sərgiləyər, Ermənistan tərəfinin 1949- cu ildə qəbul olunmuş Cenevrə konvensiyası, 1954 cü il Haaqa konvensiyasının tələblərini kobud şəkildə pozmasını qınayar və adekvat tədbirlər görərdilər. Amma onlar əksinə, nəinki işğalçı ilə işğala məruz qalanı bir tuturlar, bu azmış kimi vasitəçilik misiyasını yerinə yetirən dövlətlər onlara havadarlıq edir,onları silahla təchiz edir bununla da  Azərbaycan prezidentinin təbirincə desək ”...etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir...“

Görünən odur ki, artıq qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupunun üçlüyü münaqişəni məqsədli şəkildə donduraraq, Azərbaycan cəmiyyətində nəsil dəyişilməsinə nail olmaq, yeni nəsli bu reallıqla barışdırmaq, ”artıq uzun müddətdir ki, Dağlıq Qarabağ müstəqildir, ermənilər oranın şəriksiz sakinləridir, erməni–Azərbaycan icması uzun müddətdir birgəyaşayış halında deyil və buna görə də birlikdə yaşaya bilməz" reallığını ortaya qoymağı hədəflərkən diplomatiyanın güclə, gücün diplomatiya ilə sıx rabitəsinə müvəffəq olan ali baş komandanın rəhbərliyi ilə Azərbaycan bu reallığı dəyişdi.

Bəli, vasitəçi dövlətlər öz statuslarına qeyri obyektiv davranışları ilə, fəaliyətsizlikləri ilə xilaf çıxmış, onlara qarşı Azərbaycanda haqlı inamsızlıq vardır.Vasitəçilik misiyası daşıyan dövlətlər tərəfsiz,obyektiv olmalı, fəaliyyətlərində beynəlxalq hüququ əsas götürməlidir.Əfsuslar olsun ki, biz 30 ilə yaxın bir müddət ərzində bunun şahidi olmadıq.Bu gün hansısa üçüncü  dövlətin erməni əsilli diplomatlarının və erməni havadarı kimi çıxış edən dövlətlərin Dağlıq Qarabağın taleyi ilə bağlı dizaynı, planlamalarına heç bir lüzum yoxdur .Yaxşı olardı ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın dövlət başçısının Ermənistan təxribatları ilə bağlı etdiyi xəbərdarlıqlarına problemlə bağlı mandatlı dövlətlər zamanında diqqət yetirərək işğalçı Ermənistana dur deyəydilər.  Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyü və suverenliyini müzakirə predmetinə çevirməyi heç bir  vəchlə qəbul etmir, bu gün xalqımız öz lideri ətrafında sıx birləşərək haqlı hədəflərinə doğru uğurla irəliləyir.

Azərbaycan bu gün beynəlxalq hüququn ona verdiyi imkandan istifadə edərək, müharibə şəraiti ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn tələbləri tam gözləyərək beynəlxalq sənədlərlə təsdiq olunmuş öz ərazi bütövlüyü uğrunda, adil, haqlı mübarizəsini aparır.Azərbaycanın apardığı bu haqq savaşı ilə bağlı  litvalı hərbi jurnalist Riçardas Lapaytisin obyektiv yanaşması da  bizim qənaətimizi təsdiqləyir:“ ..Müharibə dəhşətli bir şeydir Mən bunu hərbi jurnalist, Xocalı soyqırımının şahidi kimi deyirəm. Müharibə yalnız Azərbaycan ərazisində baş verir. Azərbaycanın başqasının torpağında gözü yoxdur.Üstəlik, Azərbaycan əsir düşmüş hərbi əsirlər və dinc əhali ilə Cenevrə Konvensiyasına və beynəlxalq hüququn digər tələblərinə uyğun olaraq davranacaqlarını, mülki obyektlərin hərbi planlarına daxil olmadığını bildirib. Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan öz doğma, əzəli torpaqlarını azad etmək üçün tam tarixi və mənəvi hüququ vardır. Danışıqlar naminə danışıqlar dövrü başa çatıb!”

           
Erməni əsilli Fransa jurnalisti Berain Siracyanın hələ 1992-ci il 12 mart tarixli “Hücumdan əvvəl” məqaləsində uzaqgörənliklə təsvir etdiyi stuasiya təqribən günümüzlə səsləşir: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik”. Bəli bu gün dünya ermənilərin gerçək simasını tanıdıqca ondan üz döndərir və Azərbaycanın haqq işini dəstəkləyir.Heç kimə sirr deyil ki, bu gün Ermənistan aqoniya halını yaşayır, necə deyərlər, can verir.Hətta “humanitar atəşkəs” dövründə Ermənistan tərəfindən Azərbaycanın qeyri döyüş bölgələrini, mülki şəxslərini hədəf seçməsi həm də bu aqoniyanın simptomlarından biridir.Ermənistan Azərbaycan ərazisində törətdikləri bütün cinayətlər kimi, bu cinayətlərin də bədəlini həm hüquq müstəvisində, həm döyüş meydanında ödəyəcəkdir.Necə ki, Azərbaycanın dəfələrlə xəbərdarlığına rəğmən təxribatlar törətdi və bu gün onun cəzasını çəkir. Azərbaycanın xilaskar  ordusu ali baş komandanın rəhbərliyi ilə şərəfli  bir tarix  yazmaqdadır, tezliklə üçrəngli bayrağımız işğaldan azad edilən bütün ərazilərimizdə dalğanacaq və xalqımızın uzun illər gözlədiyi vətən həsrətinə son qoyulacaqdır.

Dağlıq Qarabağ Azərbaycandır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46 Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü 23 Oktyabr 2020, 23:38 Düşmənin könüllü dəstələri və texnikası belə məhv edildi – VİDEO 23 Oktyabr 2020, 23:29 Türk futbolçu koronavirusa yoluxdu 23 Oktyabr 2020, 23:14 Azərbaycan PUA-ları Ermənistan üzərində uçmur - RƏSMİ 23 Oktyabr 2020, 23:00