Arxiv
29 Oktyabr 2020, 09:35 | REPORTAJ
Cəbrayıl Dövlətzadənin DASTANI... - II HİSSƏ

Yazının əvvəli - Cəbrayıl Dövlətzadənin DASTANI... - I HİSSƏ 


Sentyabr ayının 27-də başladığımız Vətən müharibəsinin ilk şəhididir 19 yaşlı Cəbrayıl Dövlətzadə. 28 sentyabr 2020-ci il tarixində 19 yaşında Azərbaycanın  döyüş tarixinə öz adını şərəflə yazıb. Döyüşə girdiyi ərazidə xüsusi qəhrəmanlıq göstərib.  Cəbrayıl Dövlətzadənin anasının da bütün şəhid analrı kimi bir gözü gülür, bir gözü ağlayır. Yenə hal-əhval tutmaq üçün zəng edirəm:

- Məleykə necəsən? Özünə gəlirsənmi?

- Mən Cəbrayılımla nəfəs alırdım. O mənim hər şeyim idi. Fəxri Xiyabandan gəlirəm. Oğlumun başdaşını, sinə daşını yerləşdiriblər. İnanmaq istəmirəm. Cəbi daşa dönə bilməz. Daşa dönə bilməz... Məni başa düşürsən... Yox məni heç kim başa düşməyəcək.

- Məleykə, o  Fəxri Xiyabanda ziyarətinə getdiyin oğulların  anaları hamısı səni anlayır. Bir az möhkəm ol, özünü ələ al...

- Bacarmıram axı...

Və mən bilirəm ki, onu ovundurmaq çox çətindir. Xahiş edirəm ki, Cəbrayılın sağlığında telefona yazdığı 2-ci səsli mesajını göndərsin mənə.

                                                  

(İkinci səs yazısı)

Məleykə:

- Alo... Nətərsən ömrüm?


Cəbrayıl:

- Sağ ol, siz necəsiniz?


- Sağ ol, ömrüm... O gün zəng vurmuşdun eeee... O nömrəyə  zəng vurdum ki, bu gün səni danışdarsınlar mənimlə.

Cəbrayılın incik səsi gəlir:

- Mama... Sən niyə zəng edirsən... deməmişəm, heç kimi narahat etməyin...

Məleykə:

- Üç həftədir eee.. danışmırıq, nigaran qalmışdım.

Cəbrayıl:

- Üç həftə yox eee, iki həftədir.

- İki olub, üçüncü həftəyə keçib.. Niyə zəng eləmirsən, nigaran qalmışdım.

- Mən sənə demişdim ki, məndən nigaran olma, imkan olanda  zəng edəcəm... Baş qarışıq idi...

- Allah haqqı nigaran qalmışdım...

- Mama, keçən həftə bazar günü ayın neçəsi idi? Bazar günü?!

- 28-i zadı olardı...

- O tarixi dəqiq qeyd eləyərsən...

- Yaxşı... Nətərsən ana qurban, Nurtac xalan salam deyir. Zubu da, Zema da salam deyir...  

- Niyə danışmırdın?

- Baş qarışıq idi?  O tarixi qeyd elədiniz...

- Hə... 28-i düşürdü. Bazar günü. O günü yadında saxla, gələndə deyəcəm...

- Nə olub? Niyə, nə olmuşdu? Nə olub pis şey idi?

- Gələndə deyəcəm...

- Denən də, denən..

- Gələndə deyəcəm... Quran haqqı heç nə... And vermə mənə...

- Niyə adamı qorxuzursan ki?

- Heç nəəəə.. ümumi iş idi...

- Sən Allah heç nə olmamışdı... De dəəəə..

Cəbrayıl söhbəti yayındırır.

Anası Məleykə:

- Danış da neynirsən? Nətərsən? Yeməyin-içməyin var? Yemək zad yemisən?

- Şükür Allaha Siz neynirsiz? Hə...Günorta yeməyini yeyəcəyik saat 1-də. Gözəl yaşayırıq.

- Harasa getmişdiz?

- Yoxxxx...

- Ordaydız...

- Hımmm.

- Xəstələnib eləməmisən Ömrüm , Allah eləməmiş....

- Yooox..

- Özüvü qoru gözümün nuru... Teyyub atın üstündə şəkil çəkib göndərib Zaqataladan...

Cəbrayıl gülür. Sonra yen anasına:

- Mama, bizə may “priziv”ləri (çağırışçıları nəzərdə tutur) gəlib... Apreldə olmadı, gec oldu. İndi aprel çağırışçılarını da milli ordudan seçib bura gətiriblər.

- Nə gəlib?!

- “Prizivnik”ləri deyirəm də... Çağırışçıları. Apreldə karantin oldu, gəlmədilər. Onları da gətiriblər bizə “molodoy” kimi...

- İndi siz daha “molodoy” deyilsiniz, onlar “molodoy”dur?!

- Əvvəl bizdən aşağı çağırışçı yox idi. Hamısı oktyabrda gələnlər idi. İndi onlar gəlidilər. Bizdən 6 ay balacadırlar. İndi bir qrup da gəlib, bizdən 9 ay balacadırlar.

... Mehriban olun. Dost qazan ki, düşmən qazanma özünə.
Səndə xasiyyət deyil ki, onsuz da heç vaxt düşmən qazanmazsan.

- Mənə bax, mama, iyun “prizivləri”ndən tərxis olunanlar oldu bizdən, görüm komandirin telefonunda şəklim var idi. Ad günündə şəkil çəkdirmişik. O şəkillərimi versə, zəng edəcəm sənə atsınlar. Ancaq heç yerdə paylaşma.

- Yox eee... heç yerdə paylaşmaram. Niyə paylaşıram. Uşağımı təhlükəyə salaram mən?! Maman qurbana sənə...

- Sənə pul göndərmək istəyirdim. Dedim görəsən  necə göndərim? Birdən dağa -zada gedərsən, gəlib çatmaz... Bu həftə göndərəcəyəm. Bacın maaş alıb, göndərəcəm sənə.

- Nəəəə? Lazım deyil. Az göndər. Sən Allah az göndər...

- Durna xalan da göndərmək istəyir. And verib ki, kartın nömrəsini verim ona.  

- Nəəəə? Lazım deyil... 20 manat bəsdir.

- Elməddin də deyir ki, sən Allah bibi kartın nömrəsini ver, Cəbrayıla pul göndərək.

Cəbrayılın gülüş səsləri gəlir.

- Deyir ki, bibi Allah haqqı darıxıram Cəbrayıl üçün... Deyir bibi gəl bizə. Gedəcəm Teyyubgilə, maması ilə söhbət edim.

- Həəə.. gedərsən mama.

- Ömrüm, sən neynirsən, nətərsən, yemək-zad yemisən?

- Həəəə... mama.

- Maşallah-maşallah səsin yaxşı gəlir. Şükür Allaha. Orda mehribandırlar səninlə... dünən sənə görə zəng vurmuşdum komnadirinə. Deyir ki, xanım  siz nə dedinizsə başa düşmədim. Deyirəm ki, bəs Cəbrayılı soruşuram. Deyir ki, Cəbrayıl Dövlətzadə çox yaxşı uşaqdır. Özü də familiyanla deyirlər səni.

- Mama mən burda deməmişəm atam yoxdur.

- Deməmisən atam yoxdur?

- Yox...

- Mama, bax sənə deyirəm, heç kimə bir də zəng vurma... Kimliyindən asılı olmayaraq.

- Yaxşı...

- Heç kimə zəng eləmə... Allaha and olsun... bilsəm ki, bir də belə hadisə var... bax... danışmayacam səninlə.

- Yaxşı, yaxşı...

- Mama, bu gün mənə dedi ki,  mənə yaxınlaşarsan. Yaxşı adamdır eeee... Quran haqqı... Oturub dərdləşirəm onunla. Amma  zəng eləmə...

-Yaxşı, yaxşı, baş üstə...  Cəbrayıl ,  nənələ də danış ömrüm...

Nənəsi Əminə xanım:

- Alooo...

Cəbrayıl:

- Alo...

- Cannn.... Nənən sənin səsinə qurban... Özüvə qurban, qadavı nənən alsın. Ömrüm qurban. Necəsən həyatım?

- Şükür Allaha...

- Niyə danışmırdın? Neçə gündür ki, elə bil qırt toyuq kimi oturmuşuq.

-  Bir keçən bazar zəng eləməmişəm də nənə.

- Səsinə nənə qurban, işim-gücün necədir nənən qurban? Orda xəstəlik zad yoxdur ki, Allah uzaq eləsin, bütün əsgərləri saxlasın.

Cəbrayıl gənc əsgərlərin gəlməsi haqqında nənəsinə də məlumat verir. Elə səmimi, elə şirin danışırlar ki, nənə-bala bir-birinə nə qədər əziz olduqlarını səslərindən sezmək olur. Cəbrayıl:

- Nənə, bura gənc əsgərlər gəlib...

- Həəəəə... Nənən sənə qurban, özünü gözlə...

- Nənə, mamama demədim, deyəsən məzuniyyət verəcəklər, hələ heç kəsə demə haaa...

- İnşallah, İnşallah.. heç kəsə də deməyəcəm... Qoy mən bilim, mənə de, mən bilim. İşin gücün olanda mənim bu nömrəmə  zəng  atarsan...

- Nənə, sənin ad günü nə vaxt idi? Bu ayın axırıdır?

- Ad günüm, olub keçib eee... İyunun axırı idi...

- Təbrik edirəm. Bir az gec də olsa...

- Sağ ol qurban olum, mənim ad günüm sənsən. Darıxmışdımm eee... sənin üçün mənim kişi balam.

- Gələcəm.

- İnşallah... İnşallah...  Nə getdisə, vaxtdan getdi...Çoxu gedib, azı qalıb.

- On ay gedib. 8 ayım qalıb.

- İnşallah yavaş-yavaş...

- Bir ilimin tamamında  gəlsəm, 6 ayım qalacaq.

- Orda nə təhər qulluq edirlər, yeməyin, içməyin?

- Şükür Allaha yerli-yerindədir...

- Balam sağ salamat gəlib çıxsın, kişi balam... harada əsgər  şəkli, əsgər görürəm dua edirəm. Şəkillərin altından yazıram ki, hamınız salamat gəlin, Cəbrayıl nəvəm də içində... Al qardaşınla da danış... Səni istəyir.

Sahib evin sonbeşiyidir. Telefonda onun səsi eşidilir:

- Alo..


Telefonda Cəbrayılın səsində yüngül titrəyiş hiss olunur:

- Alo... Necəsən qardaşım?

- Necəsən?

- Sağ ol qurban, sən necəsən?

- Yaxşıyam...

- Dünən sən yadıma düşmüşdün  eee... mənim.

Sahib təəccüblə soruşur:

- Niyə?

Sahibin hələ 12 yaşı var. Bilmir ki, uzaqda qardaşın qardaş üçün darıxmağı necə olur.  Cəbrayıl telefonda gülə-gülə söhbətinə davam edir:

- Gözlə görüm necə yadıma düşdün?!  Həəə... Özümü yalandan ölülüyə vururdum,  sən də gəlirdin qışqırırdın... qorxurdun...

- Həəə...   Həəə... Onda mən balaca idim axı...

- Hə də... o vaxtların yadıma düşüb...  dünən burda da uşaqlar gəldi ki, məni oyatsınlar, özümü elə yatmış vəziyyət saldım, bilmədilər...

- Hə bildim...

- Sən də inşallah salamtçılıqla apreldə gəl... Bizə hədiyyə elə... İşə düzəl...

- Düzəlmiş kimi bir şeydir eləəə...

Cəbrayıl Dövlətzadə hərbi xidmətdə sınaq aylarını keçəndən sonra,  onu Xüsusi Təyinatlıların bölüyünə yazmışdılar. Burada xidmət etdiyi müddətdə hərbi xidməti bitirdikdən sonra, yenə qalıb hərbidə xidmət etmək  fikrində idi.  Ona görə də qardaşı ilə danışığında inamla deyir ki,  “işə düəlmiş kimiyəm...”.

Anası Məleykə yenə telfonu götürür:

- Cəbi...

- Hə, mama...

- Səni bir qısqanır ki...

- Necə?

- Deyir ki, elə ancaq “Cəbrayıl, Cəbrayıl” – deyirsən.  Deyirəm ki,  mama qurban, onunla danışanda  rahatlanıram. Deyirəm səni də istəyirəm, onu da... O əsgərdir axı... ömrüm.

- Mama nə deyim sənə...  adam necə darıxır eee..

- Həəə bala...  maman qurban, Allaha and olsun 7 aydır eee.. görmürəm səni... Gör əgər komandirin icazə versə, görüntülü danışaq, nənənin nömrəsinə zəng edərsən...

- Yaxşı...

- Yaxşı ömrüm, Allah amanında olun, Allah hamınızı qorusun inşallah... Hər gün dua edirəm. Allahın köməkliyi ilə yaxşı olarsınız. Öpürəm.

- Məndən narahat olma...

- Allah amanında olun, gözümün işığı...

- Mama pulu nə vaxt göndərirsən,. vaxtını bilim.

- İkinci günə göndərəcəm..

- Mama, Allaha and olsun məcbur deyil.

- Cəbi 30 manat bəsdir?

- Yox... 20 manat bəsdir... Yaxşı sağ ol, gözləyən var.. sağ ol mama...

(ardı var...)

Aida Eyvazlı GÖYTÜRK

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eldar Həsənovun vəsatəti təmin olunmadı - YENİLƏNİB 17 Sentyabr 2021, 12:16 İranla Ermənistanın Qarabağda daha bir işbirliyi ÜZƏ ÇIXDI 17 Sentyabr 2021, 12:10 DİN sərnişindaşımaya nəzarəti gücləndirdi - Qarşısı alınacaq 17 Sentyabr 2021, 12:05 Ağrıdağda Bakının işğaldan azad edilməsi tarixi qeyd edilib 17 Sentyabr 2021, 12:00 200-dən çox əcnəbi tələbə BDU-ya müraciət etdi 17 Sentyabr 2021, 11:56 Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 FHN əməliyyat görüntüləri yaydı - VİDEO 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55
SORĞU Hansı vaksinə etibar edirsiniz?