Arxiv
29 Noyabr 2020, 11:19 | MÜSAHİBƏ
Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO

Bu günlərdə sosial şəbəkədə yayılmış bir videogörüntü izləyicilərin böyük marağına səbəb oldu. Videoda əsgərlərimizdən biri sevdiyi qızın valideynlərinə səslənir. Bildirir ki, istədiyi qızı ona verməsələr, qaçıracaq. O, qızın valideynlərinin müharibədən əvvəl ona “yox” dediklərini xatırladaq, yarızarafat-yarıciddi xəbərdarlıq edir. Əsgər yoldaşları da qızı qaçırmaqda ona kömək etməyə hazır olduğunu bildirirlər.

Həmin video ilə məşhurlaşan əsgər Ayaz Orucov bu haqda Modern.az-a da danışıb.


- Ayaz, videoya görə
artıq hər kəs tərəfindən tanınırsan. Məşhur videonu qızın valideynləri görübmü?

- Əlbəttə, videonu çəkmişəm qızın valideynləri də görüb, sözümün üstündə də duracağam. Sevdiyim qızı mənə verməsələr, videoda dediyim kimi,  qaçırdacağam.


- İndi
min xanımla danışa bilirsən?

- Xeyr, valideynləri icazə vermir, danışa bilmirik. Əlaqəmizi kəsiblər, mənim videomdan sonra qızın nömrəsini də qırıblar ki, danışa bilməyək.


- Sirr deyilsə, nəyə görə
valideynləri qızlarının səninlə evlənməsinə razı deyillər?

- Bilmirəm, bəlkə də əsgərliyə getməyən birinə vermək istəyirlər qızlarını, mənim kimi müharibədə olan birinə yox. Əsgərlikdən yayınmağa çalışan adamlar var ki... Yəqin qızlarını elə birinə layiq görürlər...


- Hərbi xidmətdən qayıtdıqdan sonra n
ələr etməyi düşünürsən?

- Videonu çəkəndə nə demişəmsə, həmin sözlərimin üzərində duracağam. Mehribançılıqla olacaqsa, başqa məsələ, olmasa sevdiyim qızı qaçıracağam.

- Bəs sənin ailən bu haqda nə düşünür?

- Mən anamla yaşayıram. Anam hər zaman mənə dəstək olur. O da deyir ki, “necə istəyirsənsə elə et. O həyatı sən yaşayacaqsan”.


- Sevdiyin qızla nec
ə tanış olmusan? Uşaqlıqdan sevirsiniz bir-birinizi?

- Biz Tovuz rayonunda qonşuyuq. Onlar 8-ci, biz 10-cu küçədə yaşayırıq. Bəli, uşaqlıqdan münasibətimiz var. Artıq iki-üç il olar ki, bir-birimizi sevirik. Mən hərbi xidmətdən qayıdandan sonra evlənmək niyyətimiz var.


- Döyüş
ə gedəndə nələr düşünürdün, necə hisslərlə getmişdin?

- Mən 1999-cu il təvəllüdlüyəm. Ümumiyyətlə, müharibə görməmişdim. İlk dəfə Füzuli istiqamətindən bizə hücum əmri gələndə, Allahdan istədim ki, əgər şəhid olaramsa, parçalanmış şəkildə olum, üzüm belə tanınmasın. Çünki əgər mənim tabutum evə gəlsəydi, anam deyəcəkdi ki, üzünü görüm. O şəkildə anam məni görsə, mənimlə birlikdə o da öləcəkdi.
Amma şükürlər olsun ki, artıq müharibə bitib. Mən də sağ-salamat vətənə borcumu yerinə yetirə bildim.


- Əsgərliyə könüllü getmisən?

- Bəli könüllü olaraq döyüşlərin ilk günündən buradayam. Hələ müharibə başlamazdan öncə cəbhəyə ilk yollanan biz olmuşuq. Sentyabrın 21-dən gəldim, 27-si döyüşlər başladı. Əsgərliyimi iki il öncə bitirmişdim.


- Dedin ki, ananla tək yaşayırsan, onunla danışırsanmı,
necədir?


- Yaxşıdır. Ordudan bir günlük icazə almışdım, anam bir az xəstələnmişdi. Hazırda ona baş çəkmək üçün Tovuza gəlmişəm, elə bu gün də əsgər qardaşlarımın yanına qayıdacağam.

Mehri QURBAN

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:42 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04