Modern.az

Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”  

Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”  

4 Dekabr 2020, 09:52

“Allah bütün Şəhidlərimizin ruhunu Qələbəmizlə şad eləsin. Bu Qələbə 1988-ci ildən verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi. Vətən üçün bədəlinə baxmazlar”.

Modern.az-ın məlumatına görə, bunu hərbi icmalçı, polkovnik-leytenant Nazim Bayram Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda aparılan Vətən Müharibəsindəki itkilərini şərh edərkən bildirib.

O bildirib ki, açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər.

“Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla, enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.

Azərbaycan xalqı Vətən uğrunda verdiyi Şəhidlərini heç vaxt unutmayacaq! Vətən sağolsun!,-hərbi şərhçi bildirib.

N.Bayram onu da deyib ki, Vətən Müharibəsində yaralıların həyata qaytarılması uğrunda çarpışan həkimlər də qəhrəmanlıq nümayiş etdiriblər, qanaxmalardan ölüm hallarının qarşısı alınıb:

“Onlar dərhal özlərini çatdırırdılar. Hətta atəş altında yaralıların təxliyəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq əlbəttə, elə yerlər var idi ki, məsafəyə və relyefə görə yaralını vaxtında çatdırmaq olmayıb”.


Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...