Arxiv
4 Dekabr 2020, 13:22 | MÜSAHİBƏ
Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ

Modern.az saytında Bizim əsgər” rubrikası davam edir. Budəfəki qonağımız hazırda Şuşada vətənə xidmət göstərən əsgərimizin anası Vəfa Sultanzadədir. O bizə yeganə övladı Orxan Qurbanov haqqında danışıbh. Gəlin əgəri anasının dilindən tanıyaq.

- Vəfa xanım, bizə oğlunuz haqqında məlumat verin. Necə oldu ki, döyüşlərə qatıldı?


- Oğlum Qurbanov Orxan Elnur oğlu 2001-ci ilin 25 noyabrında Bakı şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırıldı. Vətən muharibəsi başlayanda 9 ayın əsgəri idi. Hazırda 11-ci aydır vətənə xidmət edir, minaatan bölüyündə xidmət edir. Səhhətində yaranan problemlərə baxmayaraq, 44 gün bütün döyüşlərdə iştirak etdi.


- Qanlı döyüşlərin getdiyi vaxtlarda cəbhədə olan əsgərin anası kimi hansı hissləri keçiridiniz? Özünüzü cəbhədən gələ biləcək hər hansı bir acı xəbərə də hazırlamışdınızmı?

- Döyüşlərin ilk günlərində bütün valideynlər kimi, xəbərsizlikdən əziyyət çəkirdim. Bütün hisslərim qarışmışdı bir-birinə. Qələbə xəbərləri gəlir, ürəyim dağa dönürdü.

Özümü hər cür xəbərə alışdırmışdım. Hospitallara tək-tək zəng edib məlumat alırdım. Özümü güclə tox tutub, hər bir xəbərə hazır etdim. Orxan mənim yeganə övladımdır. Çox şükür ki, döyüşlər başlayandan bir neçə gün sonra, zəng edib bir kəlmə danışdı, dedi:" Ana salamatam, narahat olma".


- Vətən müharibəsinin başladığı andan bu günə kimi cəbhədəki əsgərlərimiz üçün yardımlar toplayır, onlara dəstək olursunuz. Bu barədə öyrənmək istərdik.


- Kaş imkanım olaydı,  bütün əsgərlərimizə kömək edərdim. Yardımlarım Aprel döyüşlərindən başladı. Aprel döyüşlərində komandam və mən bu istiqamətdə fəal idik. Ancaq o döyüşlər tez bitdi ...

Bu il yaşadığımız Vətən müharibəsinin ilk günlərində teleaparıcı Aysel Nazimqızı ilə boş dayanmamağa, əlimizdən gələn qədər əsgərlərimizə yardımlar aparmağa qərar verdik. Dostlarımız kömək etdi, Facebook-da elanımızı görənlər hərəkətə keçdi. Müharibənin bitdiyini də gördük və yenə də yardımları dayandırmadıq,  ikimiz də altı dəfə cəbhə bölgəsinə getdik. Dövlət əsgərlər üçün hər cür şərait yaradıb, təşəkkür edirəm. Lakin biz öz vətəndaşlıq borcumuzu yerinə yetirdik. Arxadan gələn dəstəyi görəndə əsgərlərimiz daha da ürəklənirdilər. Əsgər təkcə dövlətin deyil, bu dövləti quran bütöv və bölünməz bir xalqın əsgəridir. Bu günə kimi cəbhəyə apardığım yardımlar əsgərlərimizin halalı olsun.

Bu gün silahlar səssizdir, amma əsgərlər postlarındadırlar. Buna görə bacardığımızı etməyə davam edəcəyik.


- Sizin yardım kampaniyanıza qoşulanlar çox idimi?

-
Həddindən artıq çox insan qoşulur. Tək-tək adlarını çəkə bilmərəm, amma dəyərindən və nə göndərməsindən asılı olmayaraq ürəklə, mərhəmətlə bu kampaniyalara qoşulan şəxslərin hamısına təşəkkür edirəm. Hətta bəziləri rica edirlər ki, adlarını çəkməyim.

Cəbhə bölgəsində ehtiyaclar bölgələr üzrə dəyişir. Elə yer var isti geyimə ehtiyac olur, elə yer var ərzaq və s. Məlumat aldıqca, komanda şəklində çalışanlarla kontakta keçirik, hərə öz gücü daxilində özünü əsgərlərə yetirir.


- Oğlunuz hansı döyüş bölgələrində iştirak edib və indi xidmətini harda davam etdirir?


- Oğlum Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Şuşadadır.


- Torpaqlarımızın azadlığı uğrunda öz həyatlarını qurban verən şəhidlərimiz də oldu. Yaxınlarınızdan və ətrafınızda olan insanlardan şəhid xəbərləri alanları görəndə nələr düşünürdünüz?


- Şəhidlər mənim hər zaman yaralı yerim olub. Dünyanın salamat vaxtı belə, şəhid ailələrini ziyarət edirdim. Şəhid xəbəri gələndə gözümün yaşı sel olurdu.

Vətən müharibəsinin ilk günlərindən şəhidlərimizin fotosu qarşıma çıxdıqda anaları düşünürdüm. Əsgər anası olduğum üçün ilk olaraq özümü düşünürdüm. Sonra o fikirləri qovurdum başımdan. Deyirdim, yox, mən elə güclü deyiləm. Olmayacam da. Müharibənin sonuna qədər demişdim şəhid evinə getməyəcəm. Çünkü bilirdim ki o çətin hisslərdən ayılıb güc toplaya bilməyəcəm.

Təəssüf ki, Agdərə uğrunda gedən döyüşlərdə ən yaxın rəfiqəmin oğlu Xalid Həsənin şəhid olması xəbəri məni verdiyim sözdən dönməyə məcbur etdi.

Ermənistanın hərbi kapitulyasiya aktını imzalamasına daha şəhid xəbəri gəlməsin deyə, sevindim. Biz güclü dövlətin güclü vətəndaşlarıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin.


- Oğlunuz cəbhədəki döyüşlərdə iştirak etdiyi günlərdən sonra onda hər hansı bir dəyişiklikləri hiss etmisiniz?


- Ümumiyyətlə, hərbi xidmət Orxanı çox dəyişdirdi. Mən onu ana quzusu kimi əzizləyə-əzizləyə böyütmüşəm. İndi danışırıq, səsi, danışıq tərzi çox dəyişilib, sanki 40 yaşlı kişi ilə danışıram. Düşünürəm ki, Vətən mübarizəsi oğlum üçün əsl kişilik məktəbi oldu. Dəyişikliyin tamamını tərxis olunduqdan sonra hiss edəcəm inşallah.


- Hazırda Şuşada xidmət edən bir əsgərimizin anası kimi ən böyük arzunuz nədir?


- Bütün əsgər anaları kimi mənim də ən böyük arzum Şuşada Azərbaycan Bayrağının dalğalanması idi. Şükürlər olsun ki, oğlum Vətən müharibəsindən sağ çıxaraq, Xarı bülbülümüzün vətəni olan Şuşada xidmətə davam edir. Ən böyük arzum şəhid analarının hamısını şəxsən tanımaqdır. Qazilərin yaralarına dərman ola bilməyimizdir. Analar balalarına, körpələr atalarına qovuşsunlar. Ali Baş Komandan sağ olsun, onun rəhbərliyi altında Qarabağımız azad oldu. Arzu edirəm ki, bir daha müqəddəs Qarabağ torpağımız qan görməsin. Mən əslən Göyçaydanam. Uzun illər turizm sektorunda fəaliyyət göstərmişəm. Amma bundan sonrakı həyatımı ailəmlə birlikdə məhz Qarabağda yaşamaq istəyirəm. Qoy Qarabağın abadlaşmasında mənim də rolum olsun. Oğlumun əziyyət çəkdiyi torpaqda mənim də əziyyətim olsun. Vətənimiz gözəlləşsin, bayrağımız hər daim qürurla dalğalansın.


- Yeganə oğlunuz ad gününü Vətənə xidmətdə, isti evdən və ailədən ayrı keçirdi. Ona bizim vasitəmizlə yeni ya
şında ona nə arzu edərdiniz?


-25 noyabrda oğlumun ad günü oldu. Mən düşünürəm ki, evdən ayrı keçirməsinə baxmayaraq, bu ad günü onun həyatında heç vaxt yaşamadığı ən dəyərli bir tarix oldu. Vətən müharibəsində iştirak etdi və Allahın köməkliyi ilə zəfər bayrağımızın sancıldığı Qarabağın incisi Şuşaya ayaq basdı. Vətən müharibəsində bir il deyil, sanki on il böyüdü. Çünki müharibədəki hər gün illərə bərabərdir. Vətən müharibəsi, azadlıq mübarizəsi oğluma mənim verə bilmədiklərimi verdi. Ona dolğun həyat təcrübəsi qazandırdı. O təcrübə ki, bütün həyatı boyunca onun yadında qalacaq. Orxanın qazandıqları ilə yanaşı, itirdikləri də oldu. Döyüş yoldaşlarını itirdi. Təəssüf ki, bunlar onun gözü önündə baş verdi. Bununla da onun məsuliyyəti artdı. O indi torpağımızı həm də itirdiyi döyüş yoldaşlarının əvəzinə də qorumalıdır. Ona hər zəng edəndə deyirəm səninlə fəxr edirəm. 18 illik əziyyətim sənə halal olsun. Ona hər zaman başı uca, qürurlu, alnıaçıq yaşamaq qismət olsun. Yaxşı ki, var.


- Oğlunuz Orxanın timsalında bütün əsgərlərimizə ünvanladığınız “Əsgər salami”nızı eşidək.


- Bu haqlı mubarizəmizdə əli silah tutan, son nəfəsinə kimi irəli getməkdən çəkinməyən bütün əsgər və zabitlərin əllərindən öpürəm. Onların borcundan çıxa bilmərik. Allah Ordumuzu qorusun. Allah Qarabağı qorusun. Qarabağ Azərbaycandır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56 Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - FOTO 14 Aprel 2021, 18:49 Regionun inkişafı strateji prioritetdir 14 Aprel 2021, 18:42