Modern.az

Siyavuş Novruzov Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmaq istəyir

Siyavuş Novruzov Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmaq istəyir

Parlament

30 Dekabr 2020, 11:24

““Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdi. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”.

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Səməd Seyidov Əfqanıstanda səfirliyin açılması barədə danışrkən bildirib.

 

Səməd Seyidov bu qanun layihəsinin strateji əhəmiyyyət kəsb edən qanun layihəsi olduğunu deyib:

 

“Əfqanıstanla Azərbaycanın münasibətləri çox yaxşıdır. Əsgərlərimizin orada sayının artırılması, islam əlaqələrinin qurulması çox önəmlidir. Yeni siyasət ərəfəsində belə bir səfirliyin açılması müsbət haldır”.

 

Deputat Siyavuş Novruzov isə çıxışı zamanı Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasının vacibliyini vurğulayıb. Həmçinin Siyavuş Novruzov Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmək fikrinin olduğunu da istisna etməyib.

 

Siyavuş Novruzov isə çıxışı zamanı  təklif edib ki, Əfqanıstanla paralel olaraq dostluq qrupu yarada bilərik:

 

“ Mən o qrupa rəhbərlik edə bilərəm. 44 günlük müharibədə Əfqanıstan bizə ciddi dəstək verib. Onlar bizi hər zaman dəstəkləyiblər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir