Arxiv
4 Yanvar 2021, 10:29 | MÜSAHİBƏ
Bizim əsgər: “Müharibəyə qatılmağım vicdan borcum idi” – Vaqif Əsədovun kəfiyyatçı oğlu - MÜSAHİBƏ

Modern.az saytının “Bizim əsgər” rubrikasında budəfəki müsahibimiz Vətən Müharibəsinin könüllü iştirakçısı Pərvin Əsədovdur. Pərvin Vətən Müharibəsində 90 gün könüllü hərbi xidmətdə olub və yenicə ordu sıralarından evə buraxılıb.
29 yaşlı Pərvin Əsədov subaydır. O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun oğludur.


- Pərvin, könüllü olaraq Vətən Müharibəsinə qatıldın. Bu qərarı necə verdin?..

-
İyul ayında baş verən Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinə gedib, ordu sıralarına yazılmışdım.

27 sentyabrda Vətən Müharibəsi başladı, ertəsi gün məni çağırıb dedilər ki, saat 1-də avtobus çıxacaq. Mən vaxt  itirmədən tez evə gedib palatarlarımı dəyişdim. Dostlarıma zəng vurub sağollaşdım. Elə dostlarım atama məlumat vermişdilər ki, Pərvin artıq cəbhəyə gedir. Çünki mən bu barədə atama heç nə deməmişdim. Atamla “Hərbi komissarlıq”da rastlaşdım. Mənə dedi ki, “madam ki, könüllü olaraq gedirsən, ya şəhid ol ya da bayrağımızı Qarabağa sancıb geri qayıt!”. Şəhidlik mənə qismət olmadı, amma öz üzərimə düşən vəzifəni icra edib, qalib ordunun əsgəri kimi geri qayıtdım.


- Hansı bölükdə xidmət edirdin?

- Müharibə ölüm-qalım və ya əlil olmaq deməkdir. Mən bunların hamısını bilərək döyüşlərə getmişdim. Mən ilk həqiqi hərbi xidmətimi də ön cəbhədə - Ağdamda keçirmişdim. Ona görə də çətinliyə qarşı dözümlü idim. Biz əsgərlər müharibəyə vətən qazanmağa getmişdik. Bizim üçün önəmli olan məhz bu idi. Bəzi məxfi hərbi məsələlər var ki, onları sizinlə bölüşə bilməyəcəm. Amma mən əminliklə deyə bilərəm ki, əgər Vətən müharibəsində Pərvin Əsədov ölsəydi, onun şəhidliyindən, ölümündən güc alan neçə-neçə Pərvinlər olacaqdı.
Ordumuzda çox ciddi nizam-intizam var. Bizə komandanlıq nə göstəriş verirdisə, onu yerinə yetirirdik. Pərakəndəlik yox idi ki, kimsə əlinə silah alıb istədiyi yerə, istədiyi mövqeyə getsin. İlk müddət bir hərbi hissədə təlim keçdik, sonra qruplara bölündük və xidmət bölgələrinə yollandıq.
Mən kəşfiyyat qrupunda idim və baş kəşfiyyatçı vəzifəsini icra edirdim.
Bizdən könüllü olaraq hansı qruplarda xidmət etmək istədiyimizi soruşanda kəşfiyyatı seçdim. Komandirlər bu işin çətinliyini izah etdilər və bildirdilər ki, kəşfiyyatçının işi çox çətin olur, o müharibədə öndə gedənlərdən biridir. Mən yenə də fikrimdən dönmədən, xidmətimi kəşfiyyatçı kimi davam etdim.  

Kəşfiyyatçılar ordunun görən gözləri, eşidən qulaqları və vuran əlləridir. Məhz kəşfiyyatçıların gətirdiyi məlumatların hesabına düşmənin bütün niyyətlərini əvvəlcədən bilmək olur. Şüarımız belə idi: “Görülmədən görməli, ölmədən öldürməli”.


- Dedin ki, müharibə ölüm-qalım deməkdir... Çətinliklər də ki, saysız-hesabsız...


- Təbii ki, müharibə əsgərin məsuliyyətini də, ayıq-sayıqlığını da birə-beş artırır. Müharibə dövründə bəzən 2-3 saat yata bilirdik, bəzən də yatmağa imkan olmurdu. O zaman torpağın, daşın üstündə uzananda heç birimiz fikirləşmirdik ki, canımız ağrıyar...  Düşündüyümüz şeylər yalnız hücum, döyüş, düşməni məhv etmək, şəhidlərimizin qisasını almaq, torpaqlarımızı təmizləmək, bir də düşmənə əsir düşməmək idi.


- Müharibə zamanı qazanılan dostlar heç zaman unudulmur...


- 90 nəfərlik bir qrup idik. Bizi bölmüşdülər. Qrupumuzun yarısı Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə iştirak etdi. Qrupumuzdan bir nəfər - Yevlaxdan olan döyüşçü İldırım Ağayev şəhid oldu. Ona Allahdan rəhmət, valideynlərinə isə səbr diləyirəm.
Bəli, Vətən Müharibəsində qazandığım dostları heç zaman unutmayacam. Çünki onlarla məni birləşdirən Vətən məfhumu həyatımızdan da dəyərlidir. Şəhidlərimizin arasında ailəli olanlar da var idi. Əgər onlardan birini can bahasına geri gətirmək  imkanı olsaydı, inanın ki övlad sahibi olan şəhid qardaşlarımdan hər hansı birinin naminə öz canımı qurban verərdim. Çünki istəməzdim ki, gözü yaşlı körpələr “ata” deyib ağlasınlar.


- Əsir düşmək döyüşçü üçün ən ağır vəziyyətdir. Sən nə düşünürdün?


- Təbii ki, belədir... Düşmən əlinə düşməyi heç zaman qəbul edə bilməzdim. Silahımı boyuma görə ölçmüşdüm. Bədənimdə dəqiq bir nahiyə müəyyən etmişdim ki, əgər əsir düşsəm, daha tez ölmək üçün özümü necə vurum. Son əlacım əlimdəki qumbaram idi  və düşünürdüm ki, düşmən əhatəsində tək qalsam, onları da öldürmək şərti ilə özümü qumbara ilə partladım. Düzü o zaman keçirdiyim həyəcanı və yaşadığım hisləri sözlə ifadə etmək indi mənə çox çətindir.


- Bəs belə kritik məqamda ölməyi seçərkən sizi sevənləri, ananızı, əzizlərinizi düşünmürdünüz?


- Mən müharibəyə gedəndə bunların hamısını nəzərə almışdım. Vətənimə olan sevgimi heç kəslə və heç nəylə bölüşmürəm. Erməni vandallığına qarşı məndə həmişə qisas hissi olub. Onların Xocalıda törətdikləri cinayətləri heç zaman unuda bilmirdim. Müharibə başladı və mən də haqqımız olanı almaq üçün döyüşlərə qatıldım. Çox  sağ olsun valideynlərim və işlədiyim kollektiv, mənim bu qərarıma hörmətlə yanaşdılar.



- Valideynlərdən söz düşmüşkən, müharibə dövründə evə tez-tez zəng edirdin? Sənə o zaman nə deyirdilər?


- Evdə kiçik bir qara üzlü dəftərim var. Sentyabrın  27-də o dəftəri açıb valideynlərmə vida məktubu yazdım. Xüsusilə də anama yazmışdım ki, mən müharibəyə getməliyəm və geri qayıda bilməsəm, bağışlasın. Təbii ki, valideynlərimin o dəftərdən xəbəri yox idi.
Bacımın həyat yoldaşına demişdim ki, əgər mən müharibədən sağ qayıtmasam, o məktubu anama versin. Müharibə müddətində anamla demək olar ki, danışmadım. Çünki anam çox kövrək adamdı və bilirdim ki, danışanda göz yaşlarını saxlaya bilməyəcək. Ümumiyyətlə, soyuqqanlı olmağa çalışırdım. Anam və bacım mənə mesajlar yazırdılar, lakin oxusam da, cavab yazmırdım. Bilirdim ki, kövrələcəklər. Onları daha çox üzməmək üçün danışmadım.
Bəzən atamla danışırdım və həmişə  yaxşı olduğumu ona deyirdim ki, narahat olmasın. Bilirsiz ki, müharibə dövrünün qaydalarından biri də əsgərin elektron avadanlıqlardan istifadə etməməsi və məxfiliyi qorumasıdır. Buna görə də mən həm özümü, həm də dostlarımı  gələ biləcək hər hansı bir təhlükədən qorumaq üçün telefondan minimun dərəcədə istifadə edirdim.

Atamla sonuncu dəfə “Hərbi komissarlığ”ın həyətində görüşüb xudahafisləşmişdik. Bir də 90 gün sonra evə dönəndə  Şəhidlər Xiyabanında görüşdük. Atam səmimi olduğu qədər də möhkəm adamdır. Mən bilirdim ki, şəhid olsaydım, o özünü əla almağı bacaracaqdı.
Deyərdim ki, kişiliyi də, mərdliyi də, Vətənə xidməti, dövlətə bağlılığı da atamdan öyrənmişəm.
Sadəcə, bu mövzuda qərarımı təkbaşına verdim. Dediyim kimi, müharibə zamanı evə zəng vuranda yalnız atamla danışırdım. Ən çox işlətdiyi söz bu idi: “Hardasan a bala?”. Biz məxfiliyi qorumaq üçün yerimizi heç kimə deyə bilməzdik. Ona görə atama deyirdim ki, narahat olma, hər şey qaydasındadır. Müharibə ekstremal şəraitdə aparılırdı və biz verilən tapşırıqları yerinə yetirirdik. Bu günümüzün harada bitib, sabahımızın harada başlayacağı bizim üçün də müəmmalı idi.


- Pərvin, nə üçün atanla məsləhətləşmədən müharibəyə yollandın? Bəlkə gedəcəyini bilsəydi, sənə daha yaxşı məsləhətlər verərdi?


- Müharibəyə könüllü qatılmağım şəxsi qərar idi. Vətənlə bağlı qərarını məncə hər kəs şəxsən özü verməlidir. Vətən sevgisini sonradan yaratmaq çətin olur. Məncə insan bu sevgi ilə doğulmalıdır. Bu istək insanın daxilindən gəlməlidir. Ən təmiz sevgi də məhz budur. Əgər Vətən sevgisi insanın daxilində yoxdursa, ata-ana nə qədər bunu desə də, nəticə heç vaxt effektli olmayacaq. Yəni Vətənlə bağlı ölüm-qalım qərarını hər kəs özü verməlidir. Həyatımın həlledici məqamlarında mən qərarlarımı həmişə özüm vermişəm və şükürlər olsun ki, Tanrı mənə peşmançılıq yaşatmayıb.
Atam təbii ki, mənim müharibəyə getməyimə etiraz etməyəcəkdi. Atamın 30 il vətənə xidmət etməyinin özü də vətənpərvərliyin bariz nümunəsidir. O, heç vaxt mənə şərait yaratmayıb ki, qaydaları pozum. Ümumiyyətlə, həmişə çalışmışam ki, necə ki uğurlarımı özüm qazanmışam, problemlərimi də özüm həll edim. İnsan həyatının sonunda Allahı və vicdanı ilə baş-başa qalır. Ona görə də çalışmışam ki, həmişə vicdanım təmiz olsun. Müharibəyə qatılmağım da mənim vicdan borcum idi. Bu cür böyüməyimdə valideynlərimin də xüsusi rolu olub. Atama gəldikdə isə mən heç vaxt onun adına xələl gətirəcək bir hərəkət etməmişəm və etmərəm də. Ümumiyyətlə, ailədə məni ərköyün böyütməyiblər. Özüm də uşaqlıqdan işləmişəm və zəhmətin nə demək olduğunu yaxşı bilirəm. 


- Bəs işlədiyin yerdə müharibəyə qatılmağını necə qarşıladılar?


- Onlar üçün də bu, şok olmuşdu, gözləmirdilər. Rəisimə dedim müharibəyə gedirəm, könüllü yazılmışam. Mənə uğurlar arzu etdi. Sağ olsunlar ki, anlayışla yanaşdılar. Maaşım da kəsilməyib. Hələ ki işimlə bağlı heç bir problem yoxdur. İnşallah, yanvarın 5-dən öz işimə davam edəcəyəm. Müharibədə iştirakımı anlayışla qarşıladıqları üçün Fövqaladə Hallar Nazirliyinin kollektivinə və rəhbərliyə təşəkkür edirəm.


- Ordudan tərxis olunanda hərbi hissədəkilərlə necə sağollaşdın?

- Komandirimə dedim ki, əgər yenidən müharibə başlasa, məni çağırmasanız da, taksiyə minib gələcəyəm. O isə güldü və mənə dedi ki, bilirəm ki, kim gəlməsə də, sən gələcəksən.


- Hazırda əsgəri xidmətini davam etdirən, düşmənlə üz-üzə dayanan hərbçilərimizə “Əsgər salamı”nı eşidək.

- Ali Baş Komandanımız başda olmaqla bütün şücaətli Ordumuzu salamlayıram. Qələbəmizi birliyimizlə və qanımızla qazanmışıq. Buna görə də bütün xalqımıza təşəkkür edirəm. Şəhid ailələrinin qarşısında baş əyirəm və xahiş edirəm ki, haqlarını bizlərə halal etsinlər. Hazırda xidmətini davam etdirən əsgər qardaşlarıma, komandirlərimə Allahdan güc-qüvvət  arzu edirəm. İnşalla, düşünürəm ki, mən əsgər qardaşlarımla nə vaxtsa görüşəcəyəm. Fikrimi Tofiq Bayramın çox sevdiyim “Qarabağı vermərəm” şeirinin misraları ilə tamamlamaq istərdim:


“Mən əsgərəm,  əlimdən, o silahı vermərəm.

  Namusum, nemətimdir, Qarabağı vermərəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37