Modern.az

“Paşinyan müharibəni dayandırmaqdan imtina edirdi” – İTTİHAM

“Paşinyan müharibəni dayandırmaqdan imtina edirdi” – İTTİHAM

Dünya

14 Yanvar 2021, 12:57

Ermənistan müxalifətinin baş nazir postuna əsas namizədi Vazgen Manukyan Rusiyanın “RBK” telekanalına müsahibə verib.

Modern.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanı Qarabağ məğlubiyyətinə görə kəskin tənqid edib.

 

“Paşinyan müharibəni dayandırmaqdan imtina edirdi. Müharibənin qarşısını öncədən almaq olardı. Müharibəni əsas mövqelərimizi saxlamaqla apara bilərdik. Və müharibə dövründə ölkə rəhbərliyindəki qarışıqlıq müharibəni dərhal dayandırmağa sövq edirdi. Belə təkliflər olub, amma Paşinyan imtina edirdi. Onunla Ermənistan və Qarabağın hazırkı və keçmiş prezidentləri danışıqlar aparırdı, müxalifət çağırış edirdi, amma Paşinyan razılaşmırdı. Mən bu situasiyada səriştəsizliyin bitdiyi və gizli satqınlığın haradan başladığını deyə bilmərəm” – deyə Manukyan söyləyib.

 

Müxalifət lideri rəngli inqilabların heç zaman xalqa xeyir gətirmədiyini və Paşinyanın da məhz bu yolla hakimiyyətə gəldiyini xatırladıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir