Arxiv
25 Yanvar 2021, 09:08 | REPORTAJ
Şəhid olmazdan öncə iki övladını atasına əmanət etdi, onun da ürəyi dözmədi

Azərbaycanı işğalçılardan təmizləmiş, öz qanları ilə tarixin şanlı səhifələrini yazmış və şirin canlarını Vətən yolunda fəda etmiş şəhidlərimiz heç vaxt unudulmayacaq.


Modern.az
 saytı “Vətəni yaşadanlar” rubrikasında şəhidlərdən yazmağa davam edir.


Əbədiyaşar qəhrəmanlar arasından bu gün ömür yolunu təqdim edəcəyimiz şəhidimiz Fərid Təşkilat oğlu Hacıyevdir.

Fərid Hacıyev 1989-cu il oktyabrın 4-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Fərid cəmi 4 yaşı olanda doğma yurdu Cəbrayıldan didərgin düşmüşdü... Və elə vətən həsrəti ilə də böyümüşdü. Hərb sənətinə məktəb vaxtlarından maraqlı idi. Cəsurlar və ceviklər, idmanın yüngül atletika növlərində məktəb komandasının tərkibində xüsusi fərqlənərək, diqqətləri özünə çəkmişdi. Fərid Hacıyev tapşırılmış işləri vaxtında və layiqincə yerinə yetirmiş, kollektiv işlərdə liderlik bacarığını nümayiş etdirməklə oxuduğu məktəbin öncüllərindən olmuşdu. 2005-ci ildə Şirvan şəhərində təşkil olunmuş “Şahin” hərbi idman oyunlarının zona yarışlarında iştirak etmişdi. Həmin yarışlarda 14 komanda arasında IV yeri tutan “Şahinlər” komandasının kapitanı məhz Fərid Hacıyev idi.

Fərid Təşkilat oğlu Hacıyev 2006-cı ildə Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsinə fəaliyyət göstərən  İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirib. Vətənə olan sevgisi onu həqiqi hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Və o, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə qalır...


Şəhidin ailə üzvləri Modern.az-a onun haqqında danışıblar.


Həyat yoldaşı Azadə xanım
:


“Fəridlə biz 2011-ci ildə ailə həyatı qurduq. Çox mehriban, hər şeylə maraqlanan insan idi. Fərid övladlarına qarşı qayğıkeş ata olub. Eşqin və Əli adlı 2 oğlumuz var. Həyat yoldaşım Vətəni, torpağı canından da çox sevirdi. Elə Vətən yolunda da canını fəda etdi”.



“Tək arzusu var idi, Cəbrayılı azad edib, orada şəhid olmaq...”

Fərid Vətən müharibəsindən bir ay əvvəl təlimlərə qoşulmuşdu. Müharibə başlayanda isə döyüşlərə tam hazırlıqlı şəkildə cəbhəyə yollanmışdı.


Xanımı Azadə Hacıyeva: “Həyat yoldaşım hər söhbətimizdə Cəbrayılı görmək, rayonun azad olunmasında iştirak etməyi arzulayırdı. Bir tək arzusu var idi: Cəbrayılı azad etmək, doğma torpaqlarda şəhid olmaq...

Müharibədə olan zaman övladlarımızdan ötrü çpx darıxırdı. Zəng edəndə məndən özümüzdən müğayət olmağımızı, oğullarımızı savadlı böyütməyimizi istəmişdi”.


Fərid Hacıyev 2014-cü ildən həyatını hərbi sahə ilə bağlamışdı. İlk vaxtlar Beyləqanda, daha sonra Lələtəpədə xidmət etmişdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi.


“Fəridin cəsurluğundan onu tanıyan hər kəs danışır. O, yaralanmağına baxmayaraq yenə də döyüşlərdən qalmamışdı. Qorxusu yox idi, torpaqlarımızı azad etmək istəyi onda hər şeydən güclü idi”, - şəhidin həyat yoldaşı deyir


Azadə xanım söhbətə davam edir:

“İndi uşaqlarımız Fəridi soruşur, “ata hardadır?”,- deyə soruşurlar. Mən isə ətraflı cavab verə bilmirəm. Cavab verəndə də “Ata ən uca zirvədədir” deyib onları ovduram.

Mənimlə eyni qisməti yaşayan şəhid qadınlarına onu demək istəyirəm ki, dözümlü olun, yoldaşlarımız ən uca, şərəfli məqama yüksəlib”.


Fərid Hacıyev Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Fəridin gələcək üçün çox planları var imiş...


“Başda doğulduğum Cəbrayıl rayonu olmaqla Laçının, Şuşanın azad olunma xəbərini ailəmə verərək, onları sevindirəcəm. Onlara Cəbrayıldan bir ovuc torpaq aparacam” deyən Fəridin bütün arzuları elə onunla birgə şəhid olur.



Bacısı
deyir ki, Fəridlə onun doğum günü eyni tarixdə, oktyabrın 4-dədir:


“Mənə “Bacı, bir həftə sonra gələcəm, hər il olduğu kimi səni ad günündə tək qoymayacam” dedi. Amma, sözünü tuta bilmədi...”.


Bacı qardaşını ad günündə qucaqlamağı xəyal edərkən, oktyabrın 1-də onun tabutuna sarıldı...


“Mən onu qucaqlayıb, necə darıxdığımı söyləməyi xəyal edirdim. Amma, o, məni bir ömürlük tək qoydu”. 


Şəhidin qardaşı Yalçın Hacıyevin sözlərinə görə, müharibə zamanı Fəridin idarə etdiyi maşını erməni tərəfi yarasız hala salıb:


“Fərid ilk vaxtlar sürücü idi. Döyüş zamanı Fəridin maşını qarşı tərəfin açdığı atəş nəticəsində yarasız hala düşür. Sonra Fərid döyüşçü kimi mübarizə aparır”.


Fərid Hacıyev sentyabrın 30-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralı mayoru döyüş bölgəsindən çıxaran zaman minaya düşərək, şəhid olub.


Yeri gəlmişkən, Fəridin qardaşı Samid Hacıyev də cəbhə bölgəsində hərbi xidmətə  davam edir. 


Fərid şəhid olanda hər bir valideyn kimi atası Təşkilat Hacıyevə də övlad itkisi ağır gəlmişdi. O, Fəridinn şəhid olduğu barədə xəbəri alandan sorna bərk sarsıntı keçirmiş, infarkt olmuşdu. Ürəktutması səbəbi ilə “Zəfəran” klinikasında cərahiyyə əməliyyatına məruz qalan şəhid atası təəssüf ki, elə oradaca koronavirus infeksiyasına yoluxdu. Vəziyyəti ağırlaşanda onu Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirdilər.
Fəridin anası Zəminə Quliyeva həyat yoldaşı Təşkilat Hacıyev ağır vəziyyətdə olanda müvafiq qurumlardan kömək istəmişdi...

Təəssüf ki, xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulan şəhid atasını xilas etmək mümkün olmadı... 2020-ci il dekabrın 20-də övlad itkisinə dözə bilməyən ata da bu dünyadan köçdü...

Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində iki azyaşlı övladını – oğlanları Eşqin və Əlini  atasına əmanət etsə də, amansız xəstəlik Təşkilat kişiyə oğlunun əmanətə sahib çıxmağa imkan vermədi.

Şəhid Fərid Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  “Vətən uğrunda”, "Füzulinin  azad olunmasına görə",  "Xocavəndin  azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidimizə də, onun yoxluğuna dözə bilməyən atasında rəhmət eləsin!


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əliyev Putinlə Şuşaya atılan “İsgəndər-M” raketini müzakirə edib 13 Aprel 2021, 11:58 Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I yazı 13 Aprel 2021, 11:54 Bakı Ali Neft Məktəbində  beynəlxalq konfrans - FOTOLAR 13 Aprel 2021, 11:51 Efir jurnalistikası koronavirusa hazır deyil - İDDİA 13 Aprel 2021, 11:50 Azərbaycanın on milyonuncu adamı - FOTOLAR 13 Aprel 2021, 11:49 Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi 13 Aprel 2021, 11:48 Azərbaycanda dəhşət - oğul anasını çəkiclə öldürdü 13 Aprel 2021, 11:43 Azərbaycanın sabiq və hazırkı XİN rəhbərləri GÖRÜŞDÜ 13 Aprel 2021, 11:38 Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ 13 Aprel 2021, 11:33 Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi” 13 Aprel 2021, 11:28 “Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42