Modern.az

Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib

Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib

Aktual

25 Yanvar 2021, 13:16

Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir. Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib.


İ.Məmmədov qeyd edib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb:

“Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Respublikaçı Partiyasıdır”.


İlqar Məmmədov təəssüflə bildirib ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur.

"Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi