Arxiv
11 Fevral 2021, 17:22 | ANALİTİKA
Rusiyanın Qarabağ məramı - Amerikalı analitikin baxışı

ABŞ-ın Ceymstaun Fondunun analitiki Vladimir Sokor hesab edir ki, Rusiyanın heç bir beynəlxalq mandat almadan sülhməramlı adı altında Dağlıq Qarabağa qoşun yeritməsi əslində qonşu dövlətin ərazisində hərbi əməliyyatlar aparması deməkdir.


Modern.az
saytı Novator.az-a istinadən xəbər verir ki, bunu təhlükəli hal kimi xarakterizə edən Vladimir Sokor Ceymstaun Fondunun internet səhifəsində yerləşdirdiyi məqaləsində bildirir ki, ötən il Ermənistanla Azərbaycan arasında gedən müharibənin 44-cü günündə, noyabrın 10-da Rusiyanın vasitəçiliylə imzalanan, atəşin dayandırılması, bölgəyə rus qoşunlarının yeridilməsi, Azərbaycanın işğal altında olan rayonlarından daha bir neçəsinin azad olunması və başqa məsələləri əhatə edən bəyanat Rusiyanın Tacikistan, Moldova və Gürcüstandakından fərqli davrandığını, nəzərəçarpacaq dərəcədə yeni üsullardan yararlandığını üzə çıxardı: “Ötən ilin sentyabrında Qarabağda müharibə başlananda Rusiya əvvəlcə özünü bu savaşda maraqlı olmayan tərəf kimi göstərdi, amma ardınca müharibə edən ölkələrin – Azərbaycanla Ermənistanın razılığı ilə bölgəyə “sülhməramlı” adı altında qoşun yeritdi”.


Vladimir Sokorun fikrincə, Rusiyanın öz xoşuyla bölgədə əməliyyata son verəcəyi, hətta razılaşdırılmış müddət bitdikdən sonra Qarabağdan qoşunlarını çıxaracağı inandırıcı görünmür: “Bunun başqa cür ola biləcəyinə isə kimsə zəmanət verə bilməz. Çünki Rusiyanın həyata keçirdiyi əməliyyatlar beynəlxalq normalar xaricindədir”.


Müəllif 10 noyabr razılaşmasını Azərbaycanla Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Sokorun fikrincə, üçtərəfli bəyanat “sülhməramlı” adı altında Qarabağa qoşun yeridən Rusiyanın bölgədə möhkəmlənməsinə xidmət edir. Bu razılaşma həm qalib (Azərbaycan), həm də məğlub (Ermənistan) tərəfin Qərbə meylini əngəlləyir, Rusiyanın bölgədə siyasi və hərbi proseslərə nəzarətini gücləndirir.


Amma müəllif üçtərəfli bəyanatın Azərbaycan və Ermənistanın bəzi maraqlarına cavab verdiyini də bildirir.


Məsələn, Ağdam, Kəlbəcər, Laçın rayonlarının bəyanat əsasında azad olunması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasına zəmanət verilməsi, Türkiyənin bu proseslərdə fəal iştirakı, türk hərbçilərinin rus qoşunlarının Qarabağdakı fəaliyyətini monitorinq etməsi Azərbaycanın maraqlarına uyğundur.


Məqaləsində Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvandan Türkiyəyə qədər uzanan marşrutun bərpasına nail olduğunu qeyd edən Vladimir Sokor ümumiyyətlə Türkiyəni bölgədə Rusiyaya təzyiq göstərə biləcək ən güclü ölkə kimi qiymətləndirir.


Ermənistanın maraqlarından danışarkən Vladimir Sokor yazır ki, Yerevan Rusiya “sülhməramlı” qüvvələrinin Qarabağa gəlişinə müsbət yanaşır, çünki bununla məğlub erməni ordusunun qalan hissəsi məhv olmaqdan qurtulur. Ermənistan həm də Qarabağda tanınmamış “respublika”nın ərazisini və orada yaşayan erməniləri qorumağa çalışır və bu missiyanı məhz Rusiyanın yerinə yetirməsini istəyir.


Məqalədə deyilir ki, 10 noyabr bəyanatı Rusiyanın, prezident Vladimir Putinin nadir arbitr və münaqişə edən tərəflər arasında söz sahibi olduğunu göstərdi, eyni zamanda Qərb diplomatiyasının bölgədəki münaqişəyə mümkün təsirlərini zəiflətdi.


Rusiyanın “sülhməramlı” adı altında həyata keçirdiyi əməliyyatların beynəlxalq cəhətdən legitim olmadığını bir neçə dəfə vurğulayan Vladimir Sokor bildirir ki, sülhməramlı kontingent bir dövlətin ordusundan ibarət ola bilməz. Eyni zamanda münaqişədə iştirak edən ölkələrdən birinin (Ermənistanın) hərbi müttəfiqi olan ölkənin ordusundan ibarət ola bilməz. Üstəlik də, müəllifin sözlərinə görə, Rusiya öz qoşunlarını yalnız bir bəyannamə əsasında Qarabağa yeridib, bəyanatı imzalayan dövlətlər arasında buna dair başqa rəsmi sənədlər qəbul olunmayıb və bu da sülhməramlı missiya haqda beynəlxalq normalara ziddir.


Həmçinin Rusiyanın Qarabağda hərbi, mülki sahəyə aid az qala hər işlə məşğul olduğunu, sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlər apardığını, Dağlıq Qarabağdakı qanunsuz rejimlə əməkdaşlıq etdiyini vurğulayan müəllif yazır ki, əslində rəsmi Bakı bütün bunlardan narazıdır, lakin Rusiyanı Qarabağda çıxılmaz duruma salmağın faydası olmayacağını bildiyindən bəzi məsələlərə susur.


Bununla belə Vladimir Sokor Moskvanın həm indi, həm də yaxın gələcəkdə Bakının maraqlarına ciddi yanaşmağa məcbur olduğunu da diqqətə çatdırır.


Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib, ərazilərdə özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejim qurub.


2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.


Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.


Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.


Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna beş il müddətinə Rusiyanın hərbi kontingenti yeridilib.


Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.


Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06