Modern.az

Nəhayət Elçibəyin həkimi də danışdı: "İndiyə qədər yadımdadır..." - MÜSAHİBƏ

Nəhayət Elçibəyin həkimi də danışdı: "İndiyə qədər yadımdadır..." - MÜSAHİBƏ

Müsahibə

23 Avqust 2012, 22:27

Türkiyənin Ankara Eyitim və Araşdırma xəstəxanasının 1999-cu ildə baş həkimi olmuş, Əbülfəz Elçibəyin müalicəsinə rəhbərlik etmiş professor Nüsret Akyürek ilk dəfə olaraq Elçibəyin xəstəxanada son günləri, onun haqqqında zəhərlənmə iddiaları barədə BBC Azərbaycancaya danışıb.

Müsahibəni Ankarada yaşayan jurnalist İlhamə Qasımlı telefonla alıb. Modern.az saytı həmin müsahibəni qısa ixtisarla təqdim edir:

- Elçibəyi öncədən təbii ki tanıyırdım - Azərbaycanın prezidenti olmuş bir şəxs kimi barəsində bilgilərim vardı. Elçibəy rahatsızlandığında Ankara xəstaxanasında baş həkim vəzifəsində çalışırdım.

O dönəmdə Səhiyyə Nazirliyindən məni aradılar və onun bizim xəstəxanaya gətiriləcəyini bildirdilər. Bu məlumatdan sonra mən xəstənada hazırlıq işləri gördum.

Gətirilirkən rahatsızlığı barədə çox da geniş bilgim yox idi. Təbii ki, önəmli şəxsiyyət olduğu ücün xüsusi hazırlıq görduk. Bir müddət sonra Ankara xəstəxanasına gətirildi. İlk saatlardan ictimaiyyətə geniş məlumat verməmək qərara alınmışdı.
Əvvəlcə ümumi sağlıq kontrolundan keçirilməsi və xəstəxanaya yatırılması barədə məlumatların yayılmaması barədə qərar verilmişdi. Cünki Elçibəyə görə xəstəxanaya həddən artıq intensiv maraq vardi.

Xəstəxana böyuk bir yük altında qalmışdı ziyarətçilərinə görə. Buna görə də ictimaiyyətə Elçibəyin kənarda qaldığı və xəstəxanaya umumi müayinə üçün gəldiyi barədə məlumat yaydıq.

Elçibəy xəstəxanamıza gəldiyində durumu cox pis idi. Yaxşı deyildi. Onun Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət barədə verilən bilgilər məni çox üzmüşdü.

Cünki Elçibəy dünya səviyyəsində bir siyasətçi, ölkə prezidenti olmuş bir şəxs idi. Xəstə durumunda ona göstərilmiş munasibət insan haqlarına da, tibbi tələblərə də zidd idi.

Təsəvvür edin ki, onun kimi sidik yollarında ciddi problemi olan insan Bakıda tualeti çöldə olan bir evdə yaşayırdı. Mənə dedilər ki, sidiyə sondanın köməkliyi ilə gedirmiş.
Bu sondanı da sağlıq tələblərinə zidd şəkildə ozu taxıb özü çıxarırmış və hər zaman eyni sondadan istifadə edirmiş. Halbuki, tibbi tələblərə görə, bir sondanı ikinci dəfə istifadə etmək olmaz. Muasir dövrdə xəstənin belə bir şəraitdə saxlanılması insan haqlarına zidd hərəkətdir.

Xərçəng diaqnozu

- Muayinələrdən sonra Elçibəyə prostat xərçəngi diaqnozu qoyuldu. Yaxınlarına bu barədə geniş məlumat vermədik. Sadəcə, Səhiyyə Nazirliyi və dövlətin ən üst səviyyəli şəxslərinin bilgisi daxilində müalicə aparıldı.

Ümumi sağlıq sığortası ilə bağlı işlər aparıldıqdan sonra müalicə protokolu barədə məlumat tərtib edildi.

Elçibəy müalicələrin çoxunu qəti şəkildə qəbul etmədi. Çünki iki yöntəm vardı - biri cərrahi yöntəm, digəri isə dərmanla müalicə. Dedi ki, müalicənin əlavə təsirləri də var. "Mən xəstəliyimlə özüm mübarizə aparmaq istəyirəm", dedi.

Halbuki, onun xəstəliyi tibbin müasir imkanlari ilə çarəsiz deyildi. Biz düşünməsi üçün ona bir müddət verdik. 45 günə yaxın xəstəxanada onun vəziyyətini müşahidə altında saxladıq. Bu müddətdə ictimaiyyətə geniş bilgi vermədik. Cünki doğrusu o dönəmdə Turkiyə-Azərbaycan münasibətlərinin həssas dövrü idi.

İnsanların kütləvi şəkildə Elçibəyə maraq göstərməsinə baxmayaraq, nə Azərbaycan rəhbərliyi, nə də Azərbaycanın Ankaradakı səfiri bir dəfə də olsa maraqlanmadı Elçibəyin durumu ilə.

Bir muddət sonra onu xəstəxanadan çıxardıq və otelə yerləşdirdik. Oteldə bir sıra önəmli görüşlər keçirdi, jurnalistlərə müsahibələr verdi və Azərbaycana döndü.

Azərbaycana qayıdandan sonra

- Azərbaycana dönməsindən bir müddət sonra onun səhhətinin ağırlaşması ilə bağlı təkrar xəbər aldıq. Dedilər ki, Elçibəy yenə rahatsızlanıb. Bu xəbəri aldıqdan sonra mən həkim heyəti yaradaraq Azərbaycana göndərdim.

Səhiyyə Nazirliyimizin nəzarəti altında Elçibəy təkrar Türkiyəyə gətirildi. İndiyə qədər yadımdadır, oraya göndərdiyim doktor hönkür-hönkür ağlayırdı.

Deyirdi ki, Elçibəyi hava limanında yola salmağa gələn insanlar elə bir basabas salmışdı ki, rəhmətliyi təyyarəyə itələnərək, az qala didişdirilərək mindirdik.

Qısa müddətdə onu çox çətin vəziyyətdə Türkiyəyə gətirdilər. Hava limanında onu ambulansla xəstəxanaya gətirdilər. Vəziyyəti bu dəfə daha da ağırlaşmışdı.

Xəstəliyinə çox təəssüf edirdi. Hər gün onun yanına çıxıb-düşürdüm. Gündəlik 16-17 saat onunla keçirirdim.

Onun sağlıq durumu ilə bağlı yeni məlumat tərtib edib səhiyyə sisteminin üst səviyyəli şəxslərinə çatdırdım.

Bundan sonra fərqli müalicə üsulu tərtib olunsa da, Elçibəy yenə müalicəni qəbul etmədi və qəti şəkildə dedi ki, heç bir müalicəni qəbul etməyəcək.

Vəfat xəbəri

Onun qidalanma sistemi pozulduğu ucun ağır infeksiyaya da yoluxdu. Turk Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasında (GATA) müalicə arzusunu bildirdi.

O dönəmdə onu GATA-ya köçürdük. Oraya köcürülsə də, onun yanında qalmamı istəyirdi. Ona gorə hər gün səhər və axşam gedib onu ziyarət edirdim.

Sonra vəziyyətinin ağırlaşdığı barədə və səhər 6-6.30 radələrində vəfat etdiyi xəbərini aldım. O zamanın nəqliyyat naziri Enis Öksüzlə GATA-ya getdik. Elçibəyin çox sevdiyi və uzun illərdən bəri dostu olan Vəli Küçük də xəstəxanaya gəlmişdi.

Məni ən çox üzən Elçibəyin xəstəliyi dönəmində Azərbaycan rəhbərlərindən heç kimin onunla maraqlanmaması idi. O, çox önəmli şəxsiyyət idi. Bir oğuz türkü idi bu adam.

Onun mənə danışdığı bir xatirəni xatırlayıram. Deyirdi, Surət Hüseynov məni devirdi. “İstəsəydim mən onu bir saatın içində məhv edərdim, amma mən qardaş qanı tökməyə izn vermədim. Mənimçün dövlət başçılığı çox da önəmli deyil” - deyirdi Elçibəy. Surət Hüseynovun qətlə yetirilməsi qardaş qanı tökmək anlamına gələrdi. Bu, insan sevgisindən irəli gələn haldır.

Yeltsinlə insident

- Elçibəy danışırdı ki, Rusiya balıqçıları ov üçün Azərbaycanın sahil sularını kecdiyi zaman Azərbaycan tərəfi onları həbs etmişdi. Rusiyanın o zamankı prezidenti Boris Yeltsin ona zəng edərək əmrlə o balıqçıların buraxılmasını tələb etmiş, Elçibəy isə onların Azərbaycan sərhəddini qanunsuz keçdiklərini deyərək, telefonu onun üzünə qapatmışdı.

Yeltsin təkrar Elçibəyə zəng edib yenə əmr tonunda balıqçıların buraxılmasını tələb etdiyində ona demişdi ki, “siz bir dövlətin, mən isə başqa bir müstəqil dövlətin başçısıyam. Siz mənimlə göstərişlə danışa bilməzsiniz.
Əgər siz Prezident Elçibəydən Prezident Yeltsin kimi yox, sadə insan Yeltsin kimi sadə insan Elçibəydən balıqçıların buraxılmasını xahiş etsəniz, o zaman mən sizinlə bu məsələni müzakirə edə bilərəm”, - deyib telefonu qapatmışdı.

“Yeltsin təkrar aradığında artıq bu dəfə mənimlə xahişlə danışdı və bu məsələyə baxılmasını xahiş etdik. Bununla da mən ona Azərbaycanın kölə bir ölkə deyil, müstəqil bir ölkə olduğunu anlatmaq istədim və buna nail oldum” – deyirdi Elçibəy.

Azərbaycanın mustəqilliyi üçün yaşayan və çalışan bir insana dövlətin etinasizlığını mən anlaya bilmirdim.

Zəhərlənmə iddiaları

Mənim Bakıya göndərdiyim doktor Elçibəyin tualeti çöldə olan bir evdə yaşadığını və sidik sondasini ozu taxıb-çixardığını söylədi. Bir sonda bir dəfə istifadə olunmalı olduğu halda o günlərcə eyni sondanı istifadə edib! Bu onun Azərbaycanın sağlıq sistemindən faydalanmadığını göstərən faktdır!

Onun Azərbaycanda yaşadığı şəraitdə nə ola biləcəyini deyə bilmərəm. Çünki cox şəraitsiz durumda yaşayırdı. Azərbaycanda məsələnin gizli, istibdarat tərəfləri barədə bir şey deyə bilmərəm.

Amma bizim xəstəxanada çox steril və təhlükəsiz şəraitdə saxlanılırdı. Bizdə yatdığı müddətdə təhlükəsizliyilə bağlı ən kiçik problem də yaşanmadı. Ən üst səviyyədə mühafizəsi vardı. Amma Azərbaycanda nə olduğunu deyə bilmərəm.

Bizim xəstəxanaya gəldiyində prostat xərçəngi, şəkər xəstəliyi, infeksiya yoluxmasi dioqnozu ilə gəlmişdi. Bizdə ona xidmət edən bütün personal xüsusi seçilmişdi. Onun müalicə olunduğu servisə giriş-cıxış xüsusi nəzarətdə olub. Şəxsən mənim təsdiqlədiyim şəxslərin giriş-cıxışına izn verilirdi. GATA-da da belə bir təhlükənin olmadığına əminəm.

Müalicə xərcləri

Onun müalicəsinin ticari tərəfləri tamamilə Türkiyə dövlətinin və Ankara xəstəxanasının imkanları hesabına ödənmişdi. Azərbaycanın Ankara səfiri Elçibəylə qətiyyən maraqlanmamışdı. Yalnız bir dəfə GATA-ya gedib məlumat almışdı.

Mən tarixi bir şahid olaraq söyləyə bilərəm ki, bunun xaricində Azərbaycanın səlahiyyətli şəxslərinin maddi-mənəvi dəstəyini görmədim.

Müalicə ilə bağlı bütün məsrəflər Türkiyə dövlətinin – Səhiyyə Nazirliyinin Ankara xəstəxanasına verdiyi direktivlərlə və onu sevən dostlarının yardımı ilə qarşılanmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar