Modern.az

Ter-Petrosyan Ermənistanda hərbi çevrilişin əleyhinə ÇIXDI

Ter-Petrosyan Ermənistanda hərbi çevrilişin əleyhinə ÇIXDI

Analitika

9 Mart 2021, 10:33

“Nəhayət uzun fasilədən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da danışdı. O baş nazir Nikol Paşinyanı müharibədə ağır məğlubiyyətə görə tənqid edərək generalları anladığını bildirsə də, hərbi çevrilişə qarşı çıxdığını da vurğuladı”.

Modern.az xəbər verir ki, bunu Ermənistandakı siyasi vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib

Politoloq xatırladıb ki, Ermənistanın digər eks-prezidenti Robert Köçəryan son müsahibəsində hərbi çevrilişin tərəfdarı olduğunu və buna misal olaraq Cənubi Koreyanı göstərmişdi. Levon Ter-Petrosyan isə belə bir çevrilişi dəstəkləmədiyini bəyan edib.

“Köçəryan demişdi ki, Cənubi Koreyada 1960-cı illərdəki hərbi çevrilişdən sonra bu ölkənin iqtisadiyyatı inkişaf etdi. Levon Ter-Petrosyan Köçəryanın adını çəkmədən onun cavabını belə verib: “Cənubi Koreyanı misal çəkənlər unutmasınlar ki, Əfqanıstan, Sudan, İrak, Suriya və Liviya nə günə düşüblər. Hərbi yolla dəyişikliyin sonu yaxşı olmur. Çalışmalıyıq ki, Ermənistan bu ölkələrin acı təcrübəsini yaşamasın”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tərəfdarı baş nazir Nikol Paşinyanı müdafə etməsə də, generallar vasitəsilə hərbi çevriliş həyata keçirmək istəyən müxalifət qüvvələrini də dəstəkləmir. Bu mümkün deyil, çünki onun özünü də hakimiyyətdən Köçəryan-Sərkisyan xuntası “posmodern” çevriliş yolu ilə devirmişdi. Levon Ter-Petrosyan bunu unuda bilməz. Ancaq Levon Ter-Petrosyan indiki vəziyyətdən konkret çıxış yolu da göstərə bilməyib. Ona görə də onun özünün dediyi kimi Ermənistanın dağılan ölkələrin acı təcrübəsini yaşaması ehtimalı azalmayıb”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər