Modern.az

Putinin qonşu ölkələri hədələyici MESAJLARI

Putinin qonşu ölkələri hədələyici MESAJLARI

Analitika

21 Mart 2021, 19:00

Pandemiyaya baxmayaraq Krımın Rusiyaya birləşdirilməsinin 7 illiyi ilə bağlı Moskvanın «Lujniki” stadionunda minlərlə pərəstişkarı qarşısında çıxışında Rusiya prezidenti Vladimir Putinin qonşu ölkələrlə bağlı hədələyici fikrini belə oxumaq lazımdır: “Bizim yanımızda olmayan, bizə qarşıdır və belələrinə qarşı tədbirlər görəcəyik”.


Modern.az
-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Moskvadan verdiyi mesajları şərh edərkən bildirib.

“Əslində Kreml sahibi haqqında danışdığı “tədbirəri” səsləndirmədən də həyata keçirir. Gürcüstanla 2008-ci il müharibəsi, Abxaziya və Cənubi Osetiyanın qoparılmasının “rəsmiləşdiirlməsi”, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində separatçı bölgənin yaradılması həmin “tədbirlərin” tərkib hissəsidir. Putin və onun əlaltıları zaman-zaman hətta sözdə strateji müttəfiq adlandırdıqları Qazaxıstanı da hədələyirlər, yəni bir gün Astana xarici siyasətində ciddi dəyişiklik etsə, onu da Ukraynanın gününə salacaqlarının mesajını verirlər”,-E.Şahinoğlu deyib.


Politoloqun fikrincə, belə vəziyyətdə Rusiyanın vassalı olmaq istəməyən ölkələr aralarındakı əlaqələri gücləndirməlidirlər.

“Misal üçün bu ayın sonunda Qazaxıstanın Türküstan şəhərində türkdilli ölkə liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirmək yolunu seçib, başda Qazaxıstan olmaqla Mərkəzi Asiyanın digər dövlətlərinin də bu ittifaqa qoşulması gərəkliyi artıb, əka halda Rusiya növbəti həddəfini təkləməyə çalışacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı