Modern.az

Rusiya hökumətində Putinin Türkiyə siyasətindən narazı çevrələr var – ŞƏRH

Rusiya hökumətində Putinin Türkiyə siyasətindən narazı çevrələr var – ŞƏRH

22 Mart 2021, 08:45

Ankaradan gələn isti mesajlara baxmayaraq, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayır.
Dünən İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən 3 km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri və TIR parkı, Türkiyə sərhədindən 2 km aralıdakı qazdoldurma məntəqəsi Rusiya hərbi təyyarələrindən atılan raketlərlə vurulub.


Türkiyə Müdafiə Nazirliyi isə bombardmanı Suriya hökumətinin həyata keçirdiyini bəyan edib.


Modern.az
xəbər verir ki, olayları şərh edən siyasi şicmalçı Şahin Cəfərli bildirib ki, Rusiya son həftələr Türkiyənin nəzarətindəki ərazilərdə resurs bazasını və infrastrukturu hədəf alıb. Neft saxlanan anbarlar və tankerlər, yük daşıyan TIR-lar davamlı şəkildə bombalanır.

“Rusiya tərəfi hər zaman təkrarlayır ki, yalnız terrorçuları və onların gəlir mənbələrini hədəf alır.

Liderlər arasında qarşılıqlı simpatiya olsa da, Rusiya - Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur. Başqa bir tərəfdən, belə görünür ki, Suriyadakı Rusiya komandanlığına vəziyyətlə bağlı yerində qərar qərar qəbul edib, dərhal icra etmək üçün səlahiyyət verilib və onlar öz addımlarında incə siyasi məqamları nəzərə almırlar.

Bu da sirr deyil ki, Rusiya dövləti içərisində Putinin Türkiyə ilə bağlı siyasətindən məmnun olmayan çevrələr mövcuddur, Rusiya mediasını diqqətlə izləyəndə bunu sezmək olur”, - Ş.Cəfərli bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır