Arxiv
15 Aprel 2021, 10:07 | MÜSAHİBƏ
Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ

Modern.az saytında “Art Time” rubrikası davam edir. Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovadır.

 

- Səbinə xanım, çalışdığınız teatr hazırda bağlıdır. Tamaşalar oynanılmır. Gənc aktrisa kimi özünüzü necə hiss edirsiniz?


- Hiperaktiv adam üçün hər zaman öyrəşdiyi hərəkət, enerji birdən-birə yoxa çıxır. Böyük böhrana düşürsən. Heç nə sənət enerjisini əvəz etmir. Hətta 12 kq da çəki alırsan. Amma düşünəndə ki, bunların hamsı sağlamlığımız, gələcək rifahımız üçündür, əlbəttə ki insane səbrlə gözləmək qalır.

Tez bir zamanda yenidən sağlam tamaşaçıya sağlam ruhumuzun qovuşacağını arzu edirəm.


- Karantin müddətini necə keçirdiniz?

- Reklam, sənədli və bədii film çəkilişlərim oldu. Amma demək olar ki, fasilələr də çox oldu. Maskamı taxıb, krassovkamı geyinib, qulaqcıqlarımı da qulağıma taxıb düşürdüm piyada küçələrin canına.Və gün ərzində hər janrda 4 bədii film izləyirdim.


- Bildiyimizə görə, “Ata ocağı”nda çəkilirdiniz. Hazırda çəkilişlər necə davam edir?

- “Ata ocağı” ailəsi bu il mənə mənəvi dayaq oldu. Tam 5 il öncə Rüfət müəllimin quruluşçu rejissor olduğu “Bir ailəm var” serialında Sevgi obrazını canlandırmışdım. Hətta Almaniyadan tamaşaçılarım yeni doğulan körpələrinə  Sevgi adı da qoymuşdular.

İndi də Dilarə obrazım 19 yaşlı  gənc, obyektiv, ağıllı, ailəcanlı, dostcanlı bir qızcığaz tamaşaçıların sevimli qəhrəmanına çevrilib. “Ata ocağı” ikinci ailəmə çevrildi.


- 12 kq çəki aldığınızı söylədiniz. Bu hal sizi narahat etmir?

-
Stanislavskinin 4 cildlik “Aktyor sənəti” kitabında fit olmaq barədə heç bir yazıya rast gəlmirik.

Aktyor hər zamam formada olmağı bacarmalıdır!!!

“Aktrisa odur ki, lazım olanda kökəlsin, lazım olanda arıqlasın” - D.Krimov deyir.

Bəli, bunu çox tətbiq etmişəm öz orqanizmimdə. Hər obrazın öz çəkisi var zənnimcə. Və o obrazı canlandıracağım gün mütləq bir neçə gün öncə premyerada olduğum çəkiyə qayıtmaq üçün təbii və süni yollardan istifadə edirdim ki, bunu sizlərə məsləhət görmürəm.

Amma təəssüf ki, pandemiyanın ən böyük fəsadı mənim orqanizmimdə baş tutdu.

Hərəkətsizlik, stress və ən əsası enerjinin idarə olunmaması 12 kq surprizlə qarşıladı məni.

Beyin siqnalı olmadığı üçün bu çəkilərdən azad olmaq kimi istəyim yox idi! Hətta o çəkimlə yeni bir obraza da təsdiqləndim. Bu da bir təcrübə oldu həyatımda. Aktyor kimi şüuraltı yaddaşa həkk elədim hər şeyi.

Və Dilarəni belə sevdik, belə sevdirdik. Toppuş, şirin qızcığaz…


- Sizcə Səbinə Məmmədovanın özəlliyi nədir ki, rejissorlar onu öz filmlərinə çəksinlər?

- Mən bütün kodlarımı açmayacam . Amma mənə  ən böyük özəlliyi artıq Allah verib.

Qaldı ki sonrasına, insan hər şeyi zəhmətlə əldə edir. Məsuliyyət və zəhmət ən birinci yerdədir mənim üçün.


- Ali təhsilli bir aktrisasınız və kifayət qədər teatr təcrübəniz var. Günümüzdə elə aktrisalar da var ki, bu sənətdən xəbərsizdirlər və filmlərə çəkilib kifayət qədər qazanc əldə edir, məşhurluq qazanırlar. Münasibətiniz maraqlıdır…


- Ali təhsilli aktrisa var ki, ali təhsilsiz aktrisa ondan bacarıqlıdır.

Allah rəhmət eləsin. Fuad Poladov  səhv etmirsə belə deyirdi: “Küçədən keçən uzaq başı bir və ya iki uğurlu obraz oynaya bilər.”

Və Bəhram Osmanovun sözü ilə davam etmək istəyirəm: “İstedad sözünü unudun. Hər şey zəhmətdir”.

Qaldı ki qazanca, Lars Nurenin sözləri ilə davam edim: “Həqiqət insanı yüngülləşdirir, amma elə həqiqətlər var ki, gərək onu deməyəsən, susasan”.


- Azərbaycan aktrisaları arasında pərəstiş etdikləriniz olubmu?


- Karifeylərimiz  haqqında maraqlanıram, baxıram , öyrənirəm. Leyla Bədirbəyli, Hökümə Qurbanova, Leyla Şixlinskaya, Nəsibə Zeynalova, Nəcibə Məlikova və bir çoxu.

İndi sevdiklərim də az deyil. Mehriban Zəki, Zemfira xanım, Münəvər xanım, Kəmalə xanım, Gülzar Qurbanova və bir çoxu.


- Aktrisa kimi, yoxsa qadın kimi özünüzü daha xoşbəxt hiss edirsiniz?

- Əlbəttə ki aktrisa kimi.


- Bəzi gənc aktrisalar yaşlandıqda unudulmaqdan qorxurlar. Belə bir qorxularınız varmı?


- Hər yaşın öz gözəlliyi var və hər yaşa uyğun obraz var. Düşünürəm ki, öz yaşımın rollarını uğurla oynayandan sonra belə bir qorxum da olmayacaq. Sənətimi çox sevirəm. İnsan sənətə nə qədər çox sevgi verəcəksə, bir o qədər də qəlblərdə yuva quracaq.


- Sizcə yaratdığınız ən uğurlu obraz hansı olub və nəyə görə?

 
- Zəhmətlə, səbrlə, sevgi ilə yaratdığım bütün obrazlar uğurlu olub.

Səbəb isə öncə dramaturji materialın güclü strukturu və ya ssenarinin gücü, sonra isə rejissorun inamı, kollektivin enerjisi və əlbəttə ki zəhmət. Bunlar varsa, obrazlar da seviləcək.


- Son olaraq bilmək istərdik ki, öz izləyici kütlənizi formalaşdıra bilmisiniz, yoxsa hələ də  formalaşdırmaqdasınız?


- Tamaşaçılarımı  iki kateqoriyaya  bölərdim: birinci teatr tamaşaçıları. İkinci serial və filmlərdən qazandıqlarım. Serialdan bəyənib sonra tamaşalarıma gələn də var.Yalnız teatrdan məni sevən, seriallara çəkilyimə etiraz edən tamaşaçım da var. Deməzdim hazırda yüzlərlə tamaşaçım var. Heç inandırıcı da çıxmaz.

Amma mənə əziz, sevimli, indinin özündə belə səhnəyə qovuşmağı mənim qədər arzu edən dəyərli tamaşaçəlarım var. Allaha şükürlər olsun ki, bu günə kimi ortaya qoyduğum yaradıcı fəaliyyətim özfəaliyyət səviyyəsində qalmayıb. Bu gün mənim ən böyük qazancım məhz bu pandemiya dövründə mənimlə maraqlanan tamaşaçılarımdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Yeyib-içdilər, ortaya qan düşdü 1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59 Gürcüstanda itkin düşən avstraliyalı qadının meyiti tapıldı 1 Avqust 2021, 08:58 İsveçrədə karantin rejiminə qarşı etiraz aksiyası 1 Avqust 2021, 08:51 Şəmkir sakini qolundan bıçaq xəsarəti aldı 1 Avqust 2021, 08:45 Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələndi 1 Avqust 2021, 00:55