Arxiv
15 Aprel 2021, 11:02 | ANALİTİKA
Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH

“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar?”.

Modern.az-ın məlumatına görə, bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM)-rəhbəri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edərkən deyib.


F.Şəfiyev bildirib ki, bütün bu iddialar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir.

“Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq, rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdı. Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdi. Gorus-Qafan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verildiyi halda bütün bunlar qiymətləndirilmir.  Halbuki, azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb. Ötən günlər keçirilmiş "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans zamanı verilən suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar.  Azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır”.

F.Şəfiyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz.

“Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazilərini bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda, qrupun işinin heç bir əhəmiyyəti qalmır. Bununla yanaşı, Azərbaycan Ermənistandan olan azərbaycanlı qaçqınların taleyi, Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması, Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə bombalar yağdırmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, onların mülklərinin bərpası məsələsini danışıqlar gündəminə gətirməlidir. Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması məsələsi ilə bağlı YUNESKO missiyasının hər iki ölkəyə səfəri tələb edilməlidir. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinin tamamilə dağıdılması və talan edilməsinə dair təzminat məsələsi isə başqa bir vacib istiqamətdir.  Nəhayət, qlobal və regional oyunçuların həm regionun əhalisi, həm də öz mənafeləri naminə uzunmüddətli mənfəətlər barədə düşünmək əvəzinə, şəxsi maraqlardan çıxış etməsi təəssüf doğurur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32