Arxiv
4 May 2021, 12:33 | İQTİSADİYYAT
Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlayacağı tarix açıqlandı

Bizə verilən məlumata görə, Ələt Azad İqtisadi Zonası 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklikləri təqdim edərkən deyib.

 

T.Mirkişili bildirib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

 

- Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;

 

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;

 

- Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);

 

- Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir);

 

- Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;

 

- Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır. Bununla da Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə, işlərə gömrük rəsmiləşdirilməsi (sənədləşdirmə) müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda terminlərin dəqiqləşdirilməsi (“idxal” və “ixrac” terminlərinin “Azad Zonaya gətirilən” və “Azad Zonadan aparılan” sözləri ilə əvəz edilməsi)i həyata keçirilir;

 

- Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir).

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bugünkü imtahanda ən yüksək balı o topladı - FOTO 23 İyul 2021, 23:37 Tovuzda piyadanı vuran sürücü saxlanıldı 23 İyul 2021, 23:28 “Real”ın hücumçusu koronavirusa yoluxdu 23 İyul 2021, 23:13 Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO 23 İyul 2021, 22:59 Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu - FOTO 23 İyul 2021, 22:45 Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36