Arxiv
20 May 2021, 16:06 | ANALİTİKA
Sərhədlə bağlı yeni sənəd: Bakı, Moskva və İrəvan nə istəyir? - TƏHLİL

Paşinyan Azərbaycanla sərhəd məsələsində yeni sənədin müzakirə edildiyini təsdiqlədi. Görünür, Putinin dünən Bakı və İrəvana zəngində yeni sənədin müzakirəsi aparılıb. Rusiya prezidentinin əvvəlcə Əliyevə zəng etməsi Bakının istəklərinin dinlənilməsi, ardınca bunu Paşinyanla razılaşdırmaq məqsədi daşıyıb.

Bakının sərhədlərlə bağlı üç istəyi var:

- Demarkasiya prosesinin maneəsiz həyata keçirilməsi;

- Qazaxın 7 kəndinin boşaldılması;

- Naxçıvanın Kərki kəndinin azad edilməsi.

Yayılan informasiyalar da bu yöndədir və kəndlərin qaytarılması əslində kommunikasiyanın açılması prosesinin tərkib hissəsi olmalıdır. Xüsusilə Qazaxın kəndləri Rusiyanın Ermənistana çıxış üçün Gürcüstan marşrutuna alternativ gördüyü Qazax-İcevan yolunun üzərində yerləşir və öncə kəndlərin taleyinə aydınlıq gətirilməlidir.


Mümkündür ki, Bakının sənəddə yer almayacaq digər istəkləri də olacaq:

1. Qarabağdakı erməni qoşunlarının çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi);

2. Zəngəzur dəhlizinin həyata keçirilməsinə maneələrin yaradılmaması.

Bu iki məsələ üçtərəfli razılaşmalarda əksini tapıb. Bu baxımdan, yeni sənəddə əks olunmaya bilər, lakin şifahi danışıqların əsas müzakirə mövzularından biri olacaq.

Bu gün səhər saatlarında Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarlı Vaqraşak Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etməsinin də erməni qoşunlarının çıxarılması və sonrakı vəziyyətlə bağlı olduğu istisna deyil. Separatçılarn başçısı Araik Arutyunyanın erməni “hərbçilərlə” görüşü və “peşəkar ordu”nun yaradılması ilə bağlı açıqlaması da prosesə hazırlıq getdiyi ehtimalını gücləndirir.


Burada Rusiyanın addımları maraqlıdır. 4-cü bəndin icrası rusların Qarabağda əsas təsir rıçaqlarından birinin itirilməsidir. Bu baxımdan, rusların niyə razılaşmaların icrasında tələsdiyi və “bütün şərtlərin icrasını tələb etdiyi” sual yaradır.


Birincisi, Bayden Administrasiyasının bölgəyə gəlmək istəkləri rusların hərəkətə keçməsini şərtləndirdi. Moskva anlayır ki, razılaşmların icrasının gecikməsi müharibədən sonra bölgədə saxlamaq istədiyi təsir gücünü zəiflədir və üçüncü tərəflərin müdaxiləsinə imkanlar yaradır.


İkincisi, Ermənistan hakimiyyətinin seçkidən sonra Rusiyadan uzaqlaşmaq xəttini tutacağı riskləri böyükdür. Paşinyanın KTMT-ni israrla prosesə daxil etmək cəhdi, cavabın mənfi olacağını bildiyi halda Putindən hərbi yardım istəyi də buna hesablanıb.


Üçüncüsü, razılaşmaların icrasının gecikməsi və kənar müdaxilələrin olması Rusiyanın bölgədəki “hakimliyini” risk altına atır.


Və Moskva sərhədlərin demarkasiya ilə bağlı yeni sənədin imzalanması və üçtərəfli razılaşmaların bütün şərtlərinin icrasına zəmanəti təzələməklə üçüncü tərəflərin onun “hakimliyinə” yarada biləcəyi riskləri önləmək istəyir.


- Sərhədlərin demarkasiyası məsələsinin şifahi, yaxud ictimaiyyətə bəlli olmayan formada razılaşdırılması Ermənistanın maneələr törətməsinə imkan yaradır və məsələnin rəsmiləşdirilməsi ilə üzərinə konkret öhdəliklər qoyulacaq;


- Moskva bununla seçkidə Paşinyan hakimiyyətinin də səslərinə təsir edir və əsas məqsədi öz komandasının, xüsusilə Koçaryanla daşnakların qurduğu seçki blokunun parlamentə düşməsini təmin etmək istəyir;


- Yeni sənəd və üçtərəfli razılaşmaların icrasının bir daha gündəmə gətirilməsi Ermənistan hakimiyyətinin seçkidən sonra da Moskvadan asılılığını davam etdirəcək.


Proseslər sərhəddə baş verənlərin və orduya anti-terror əməliyyatına hazırlıq tapşırığının Ermənistanı “məcburetmə taktikası” olduğunu bir daha aydınlaşdırır. Bakı yaranmış situasiyadan ağılla istifadə edir və ABŞ-ın bölgədəki “ayaq səsləri”nin eşidilməsindən narahat olan Moskvanı seçim qarşısında qoyur: razılaşmaların bütün şərtləri icra edilməsə rusların bölgədəki maraqları və vasitəçilik missiyası təhlükə altına düşəcək.


Nikol Paşinyanın da yeni sənədlə bağlı öz maraqları var:


- Sərhədlərin demarkasiyası məsələsinin ictimaiyyətə açıqlanmayan formada razılaşdırılması Paşinyana qarşı ictimai təzyiqə əsas yaradırdı. Məsələnin rəsmiləşdirilməsi hakimiyyəti “gizli şəkildə torpaqları verirlər” ittihamlarından xilas edəcək.


- Paşinyanın Moskvanın vasitəçiliyi ilə yeni sənədin imzalanmasına razı olması seçkidə Rusiyanın ona toxunmasına qarşı “qalxan” ola bilər. Minasyanın “Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq” sözlərinə inansaq, prosesin seçkidən sonra həyata keçiriləcəyi və bununla seçkidə Nikola qarşı rus təhlükəsinin neytrallaşacağını deyə bilərik.


Yeni sənəddə Ermənistanın nə istəyəcəyi suallar yaradır. Paşinyanın “Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?” sözləri də erməni tərəfinin “maraqlarının” təmin edilməsini istədiyi deməkdir, lakin hansı maraqlar?


Azərbaycanın Qarabağdakı ermənilər, ümumiyyətlə Ermənistanın Qarabağdakı fəaliyyəti ilə bağlı heç bir güzəştinin olmayacağı məlumdur. Ordunun anti-terror əməliyyatına hazır olması da bunu deməyə əsas verir. Sərhədlə bağlı da güzəşt olmayacaq, çünki baş verənlər və ardınca yeni sənədin gündəmə gəlməsi də Bakının istəklərinin öndə olduğu deməkdir. Mümkündür ki, Qaragöl hövzəsindən SSRİ dövründə olduğu kimi birgə istifadə ilə bağlı razılaşma olsun.



Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55