Arxiv
31 May 2021, 17:17 | ANALİTİKA
Ərdoğanın Bakı səfərində hərbi bazanın yaradılması rəsmiləşə bilərmi? - TƏHLİL

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.


Prezident Rəcəb Tayyib Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir.


Bu, hərbi baza ola bilərmi?


Türkiyənin Azərbaycanın üç şəhərində (Gəncə, Lənkəran və Qəbələ) hərbi baza aça biləcəyi xəbərləri bu ilin yanvarında yayılmışdı. Lakin rəsmi səviyyədə təkzib olundu və səbəb kimi Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü göstərildi.


Qoşulmama Hərəkatının nizamnaməsində üzv dövlətlərin ərazisində digər ölkənin hərbi bazasının mövcud olması haqda qadağa qeyd olunmayıb.

“Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək” qeydi üzv ölkələrin hərbi bloklara qoşulmamasını nəzərdə tutur.


Rəsmi Bakının baza xəbərini Qoşulmama Hərəkatına üzvlüyə istinadən təkzib etməsinin iki səbəbi ola bilərdi:


- Baza ilə bağlı hazırlıqların tam başa çatdırılmaması və proses tamamlanmamış çıxan xəbərlərin yarada biləcəyi təhlükələri sığortalamaq;


- Kənar təzyiqləri, xüsusilə Rusiya və İranın mövqeyini neytrallaşdırmaq.

Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır:

  • 1. Türkiyənin həcmindən asılı olmayaraq, hərbi bazalarının mövcud olduğu ölkələr arasında Qoşulmama Hərəkatına üzv olanlar da var: İraq, Somali, Livan, Əfqanıstan, Qətər və s;

  • 2. Türkiyənin bazasının qurulması Azərbaycanın hansısa hərbi bloka qoşulması demək deyil;

  • 3. Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi buna imkan verir.

  • İstisna deyil ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycan hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq: bu, indiki dövrdə hərbi baza kimi olmasa belə hansısa təmsilçilik formatında mümkündür.


    İclasda Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı böyükdür.


    Bu kontekstdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərinə getməsi diqqət çəkir və bu, Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyi versiyasını da ön plana çıxarır.


    Türkiyənin hərbi mövcudluğu hansı bölgədə ola bilər?


    Yanvar ayında yayılan xəbərdə üç şəhərin adı çəkilirdi, hərçənd, indiki dövrdə işğaldan azad edilmiş ərazilərdə olması versiyası da istisna deyil. Mümkündür ki, hərbi mövcudluq (hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər) Zəngilanda olsun:

  • 1, Bu bölgə Zəngəzur dəhlizinə yaxındır;

  • 2. Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına alır;

  • 3. Zəngilanda aeroportun inşası layihəsinin olması da bu kontekstdə diqqət çəkir.

  • Yaxın günlərdə məsələyə aydınlıq gələcək, lakin proseslərin inkişafı Ərdoğanın səfəri öncəsi Türkiyə və Azərbaycan generallarının qarşılıqlı səfərləri ciddi hazırlığın aparıldığını deməyə əsas verir.

    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Təhsil kreditləri bu şəxslərə veriləcək - QAYDALAR 28 İyul 2021, 15:37 Ermənistan Putinin hərbi blokundan yardım istəyə bilər? 28 İyul 2021, 15:35 Yeni səfir təyinatlarını labüd edən səbəblər nədir? 28 İyul 2021, 15:31 "Məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov 28 İyul 2021, 15:27 Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:22 Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi davam edir 28 İyul 2021, 15:16 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:10 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Gəncə Dövlət Universitetin məzunu MİQ imtahanında 1-ci oldu   28 İyul 2021, 14:54 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43