Modern.az

Az qaldı: Bazarlarda Kəlbəcər balı, pendiri, əti görəcəksiniz

Az qaldı: Bazarlarda Kəlbəcər balı, pendiri, əti görəcəksiniz

10 İyun 2021, 13:44

Bir neçə gündür ki, Kəlbəcərə elatın köçməsi az qala ölkə gündəmi olub. Qeyri-rəsmi bilgilərə görə, kənd təsərrüfatı ilə məşğul olan, bir az da konkretləşdirsək, mal-qara, arıçılıq təsərrüfatlarına malik olan kəlbəcərlilərə öz ata-baba yerlərindən istifadə üçün icazə verilib.

Modern.az-ın məlumatına görə, rayonda bu sahələrin inkişaf etdirilməsi və gələcək perspektivləri üçün ciddi təhlükəsizlik işlər görülüb.

Məlum olduğu kimi, işğaldan əvvəl rayon əhalisinin böyük hissəsi kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdu. Hələ sovet dövründə örüş-otlaq, biçənək sahələrinin geniş olması və əhalinin maldarlıq sahəsindəki təsərrüfatçılıq ənənələrini saxlaması daha çox heyvandarlıq sahəsinin inkişafına təkan verib. Burada mövcud olan otlaq sahələri respublika otlaq ərazisinin böyük hissəsini təşkil edir.

Kəlbəcərə ilk qayıdış rayonda həyatın yenidən canlanması deməkdir. Belə ki, bir müddət sonra bazarlarda Kəlbəcər balı, Kəlbəcər pendiri, Kəlbəcərin ət-süd məhsullarını görəcəyik.

Bu isə o deməkdir ki, 30 ildən sonra insanlar tamarzı olduqları dadlı və yüz faiz ekoloji təmiz qida vasitələri əldə edə biləcəklər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?