Modern.az

Azay Quliyev: “Ərdoğanın Şuşa səfərinin böyük geosiyasi yükü var” - MÜSAHİBƏ

Azay Quliyev: “Ərdoğanın Şuşa səfərinin böyük geosiyasi yükü var” - MÜSAHİBƏ

11 İyun 2021, 11:53

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəmin iki actual olayı barədə Modern.az-ın suallarını cavablandırıb.

- Azay müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir nüçə gündən sonra Azərbayacan gəlişi və Şuşaya səfəri gözlənilir. İstərdik, öncə bu məsələdən danışasınız... 


- Nəhayət Türkiyənin Prezidenti hörmətli cənab Ərdoğanın Şuşaya səfəri iyunun 15-də baş tutacaq. Bu səfər bütün mənalarda tarixi səfər olacaq. Əminəm ki, Şuşada veriləcək mesajlar və təşkil olunacaq bir neçə mühüm obyektlərin təməlqoyma mərasimi Azərbyacan və Türkiyənin həm gücünün, həm də dostluq və  qardaşlığının növbəti nümayişi olacaq.

 

Bu səfərin geosiyasi yükü də kifayət qədər böyükdür.

 

Bildiyimiz kimi, cənab Ərdoğanın NATO sammiti çərçivəsində  iyunun 14-də Minsk qrupunun iki həmsədr ölkəsi olan ABŞ və Fransanın prezidentləri ilə keçirəcəyi təkbətək görüşlərin və bu görüşlərdə müzakirə olunan məsələlərin  birbaşa Azərbaycana da aidiyyatı var.  

 

Xüsusilə, liderləri ikinci Qarabağ savaşından və Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra ilk dəfə bir araya gələrək, Cənubi Qafqazdakı sülh və təhlükəsizlik məsələlərini, Ermənistan-Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivlərini yaranmış  yeni reallıqlara uyğun olaraq müzakirə edəcəklər.

 

Bu həm də o deməkdir ki, Türkiyənin Minsk qrupunun üzvü kimi Cənubi Qafqazda təhlükısizlyin təmin olunmasında və postmünaqişə dövründə  davamlı barışın əldə olunmasında oynadığı  rolun əhəmiyyətini hər iki ölkə artıq qəbul edir və bu reallıqla barışır.  

 

Bu səfərin digər bir əhəmiyyəti onun 15 iyuna - Azərbaycan xalqının Qurtuluş gününə təsadüf etməsidir. Bəli, o gün, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdaraq dövləti dağılmaqdan, milləti isə vətəndaş müharibəsindən və özünəinamsızlıqdan  xilas etdiyi, müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu  gündür. Qardaş Türkiyənin Prezidentinin Azərbaycan Prezidenti ilə birlikdə Şuşaya məhz Qurtuluş günündə səfər etməsi hesab edirəm ki, bu tarxi missiyanın nə qədər mühüm əkıəmiyyət daşıdığına bir işarədir. 

 

- Bu gün futbol üzrə Avropa Çempionatı-2020-nin oyunları başlayır. Çempionatın bir neçə oyunu Bakıda keçiriləcək. Bu ərəfədə bir qalmaqal yaşandı. Rusiyanın “Matç” TV kanalnın erməni əməkdaşı Nobel Arustamyanın akreditə olunması məsələsi...

- AVRO-2020-nun Bakı oyunlarının işıqlandırmaq üçün “Matç” TV-nin əməkdaşı Nobel Arustamyanın akreditə olunması üçün etdiyi müraciətə verilən rədd cavabı ətrafında süni şəkildə ajiotaj yaradıldı.  

 

Hər kəsə bəllidir ki, Azərbaycanın sərhədlərini qanunsuz keçərək ərazilərimizə daxil olan istənilən şəxs haqlı olaraq “qara siyahı”ya daxil edilir və ölkəyə girişinə qadağa qoyulur. Bu adam da vaxtilə belə bir qanunsuz hərəkətə yol verdiyinə görə ona da bu qadağa tətbiq olunur.

 

Erməni və rus mətbuatı bu məsələyə əsassız olaraq milli rəng verməyə çalışırlar və bunu həmin şəxsə qarşı yol verilən diskriminasiya kimi təqdim edirlər. Ancaq bu yalanlarla onlar heç kimi çaşdırmasınlar. Kimliyindən, o cümlədən milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın qanunlarını pozan və ərazi bütövlüyünə hörmətsizlik edən istənilən şəxsə bu cür sanksilayar tətbiq olunur və bu dünya praktikasında normal hal hesab olunur.  

 

Bununla yanaşı, kim istəsə öz adını “qara siyahı”dan çıxara da bilər, bunun da qanuni yolları mövcuddur. Həmin adamlar Azərbaycanın müvafiq qurumlarına müraciət etməli, yol verdiyi səhvə görə üzr istəməli və ölkəmizin ərazi bütövlüyünə  hörmət etdiyini bildirməlidir.

 

O zaman ona qarşı tətbiq olunan viza qadağasının aradan qalxması məsələsinə baxıla bilər. Yoxsa bunları etmədən heç kim düçünməsin ki, bu tip adamlar heç nə olmamış kimi  Azərbaycana buraxılacaqlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir