Modern.az

Daha iki erməni sərhədi azıb Azərbaycan tərəfə keçdi

Daha iki erməni sərhədi azıb Azərbaycan tərəfə keçdi

13 İyun 2021, 11:03

Ermənistanın Sünik bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iyunun 12-də baş verib.

Məlumata görə, 12 iyun tarixində əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.

“Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də rusiyalı sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin traktorlar geri qaytarılıb”,-deyə xəbərdə qeyd olunur.

Qeyd edək ki, Ermənistanın Sünik adlandırdığı Zəngəzur bölgəsi istiqamətində hazırda sərhəd mübahisələri mövcuddur. Ermənistan İkinci Qarabağ savaşından sonra Azərbaycanın Zəngəzur bölgəsinin bir neçə addımlığına qədər gəlməsilə – keçmiş SSRİ dövründəki sərhədlərin bərpası ilə razılaşmaq istəmir.  Düşmənin etirazlarına baxmayaraq, Azərbaycan hərbçiləri erməni kəndlərinin bir addımlığındakı mövqelərdə qərar tutublar... Bu səbəbdən də sərhəddə yuxarıda qeyd olunan hadisələr baş verir...


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi