Arxiv
2 İyul 2021, 17:28 | ƏDƏBİYYAT
“Dəyişikliklər Yazıçılar Birliyində yeni bir canlanma yaradacaq” - Rəşad Məcid

Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin  (AYB) sədr müavini təyin olunub.

Rəşad Məcid Modern.az –a açıqlamasında Yazıçılar Birliyinin bundan sonrakı fəaliyyəti haqqında danışıb.

O, AYB-də çox yeniliklər olacağını, oktyabr ayında qurultay keçiriləcəyini qeyd edib:


“Yazıçılar Birliyində əlavə katiblər təyinatına ehtiyac var idi. Çünki qarşıdan AYB-nin qurultayı gəlir, bu səbəbdən önümüzdə bir sıra işlər var. Katiblər nizamnaməyə əsasən qurultayda seçilir. Lakin katibliyin səlahiyyəti var ki, qurultaya qədər bu vəzifələri icra edənləri təyin etsin. Bu səbəbdən yeni təyin olunan katiblər Elçin Hüseynbəyli və Səlim Babullaoğluna da bölgülər ayrıldı. Elçin Hüseynbəyli ədəbi seksiyalarla işə baxacaq, Səlim Babullaoğlu qəbul komissiyasına, Çingiz Abdullayevin isə öz maliyyə təsərrüfat səlahiyyəti var, rusdilli mətbuat.


Mən gənclərlə iş sahəsində qaldım. Azərbaycan dilli ədəbi orqanlara və ümumi yaradıcılıq prosesinə nəzarət edəcəyəm. Bu dəyişikliklər Yazıçılar Birliyində  yeni bir canlanma yaradacaq. Gənc nəslin Yazıçılar Birliyinə gətirilməsi birliyə nəfəs olacaq. Yeni təyinatların davam etməsi gözlənilir”.


Rəşad Məcid gələcəkdə Yazıçılar Birliyinin sədri vəzifəsinə iddiada olub-olmayacağı haqqında da danışıb:


“Sədrlik barəsində düşünmürəm. Son 10-15 ildə hər zaman fikrimi bildirmişəm. Mənim AYB-yə gəlməyim tamamilə sürpriz olub. Uşaqlıqdan Anarı Azərbaycan ədəbiyyatının simvolu və sevimli yazıçısı kimi qəbul etmişəm. Mənim dünyagörüşümdə Anarın əsərlərinin misilsiz rolu olub və çox sevirəm. Anar müəllim məni AYB-yə dəvət edən zaman ona dəstək üçün gəldim. Anar yaşının bu çağında da ədəbiyyat bilgiləri və duyumu ilə bir çox orta yaşlılardan və gənclərdən fərqlənir. Arzu edirəm oktyabrdakı qurultaydan sonra da Anar müəllim işini davam etdirsin. Digər məsələlər gələcəyin işidir. Kim layiq görülsə,  qurultay nümayəndələri onu da seçərlər”.



Mehri Qurban

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:40 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04
SORĞU Hansı vaksinə etibar edirsiniz?