Modern.az

“Tokio-2020”nin ən gənc iştirakçısı mübarizəni dayandırdı

“Tokio-2020”nin ən gənc iştirakçısı mübarizəni dayandırdı

24 İyul 2021, 17:11

Tokio Olimpiadasının ən gənc iştirakçısı – 12 yaşlı suriyalı stolüstü tennisçi Hend Zaza mübarizəni dayandırıb.

 

Modern.az xəbər verir ki, suriyalı idmançı ilk qarşılaşmada Avstriya təmsilçisi Cia Liuya 0:4 hesabı ilə məğlub olub.

 

İdmanın onda özünəinamı və güclü olmağı formalaşdırdığını deyən suriyalı atlet bildirib:

 

“İdman qadınlar üçün sağlamlığın başlanğıcıdır. İdman, həmçinin həlledici qərarlar verməkdə də mənə kömək edir. İdman sayəsində səbirli olmağı öyrəndim. 2016-ci ildən Olimpiadada iştirak etməyi qarşıma məqsəd qoydum və buna nail oldum. “Tokio-2020” mənim üçün ilk Olimpiadadır. Ümid edirəm ki, növbəti Olimpiya Oyunlarında da iştirak edəcəyəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir