Modern.az

Qaxda ağır yol qəzası - 7 nəfər xəsarət aldı

Qaxda ağır yol qəzası - 7 nəfər xəsarət aldı

27 İyul 2021, 20:05

Qaxda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri - yaşyarımlıq uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!