Arxiv
30 İyul 2021, 10:24 | DİASPOR
Vətənə gələn diaspor nümayəndələri Şuşaya getmələrini böyük şans adlandırdılar

Xaricdə yaşayan və yay mövsümündə Azərbaycanda olan bir neçə soydaşımız diaspor  nümayəndələrinin Şuşa şəhərinə  səfərinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin həmin müraciət əsasında apardığı araşdırma sayəsində məlum olub ki, pandemiya səbəbilə qoyulmuş qadağaların nisbətən yumşaldılması nəticəsində bu yay daha çox soydaşımız Azərbaycana gəlib. Komitə soydaşlarımızın müraciətini nəzərə alaraq və bu yay daha çox diaspor nümayəndəsinin ölkədə olmasından istifadə edərək, onların Şuşa şəhərinə bir günlük səfərini təşkil edib.

 

Modern.az xəbər verir ki, səfərin məqsədi xaricdə yaşayan azərbaycanlıların azad olunmuş torpaqlara gedərək erməni vandalizmi ilə yerində tanış olmaları, Ermənistanın təcavüzkar hərəkətləri, beynəlxalq hüquq normalarını pozması ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında diasporumuzun fəallığının daha da artırılması olub.

 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq”  şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatılıb. 

 

Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar.

 

Soydaşlarımız əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırıblar.

 

Şuşaya səfər edən soydaşlarımız sosial şəbəkə hesablarında və media orqanlarında təəssüratlarını bölüşüb, bu səfərin onlar üçün gözlənilməz və unudulmaz olduğunu bildirib, şəxsi məqsədlərlə vətənə gəldiklərini, xoş sürprizlə qarşılaşdırlarını, bu yay Azərbaycanda olmalarını böyük şans hesab etdiklərini dilə gətiriblər. 

 

Diaspor təmsilçiləri Qarabağda qazanılan böyük Zəfərə görə şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd edib, qazilərimizə sayğı və sevgilərini ifadə edib,  dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirən Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

 

Soydaşlarımız Qarabağda, mədəniyyət mərkəzi qədim Şuşa şəhərində əldə etdikləri məlumatları yaşadıqları cəmiyyətlərə, xarici mediaya orqanlarına, beynəlxalq ictimaiyyətə çatdıracaqlarını bildirib, bundan sonra da Azərbaycanın haqq səsi olamaqda davam edəcəklərinə əminliklərini ifadə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?