Arxiv
30 İyul 2021, 15:26 | DÜNYA
Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI

Nüvə silahı XX əsrdə dünya elminin kəşf etdiyi ən dağıdıcı silahdır. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olmuşdu. Məhz dağıdıcı gücünə görə müasir dünyada bir sıra dövlətlər, terroçu qruplaşmalar bu silahı öz arsenalında görmək istəyir. BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan olunub. Lakin dünya xəritəsinə diqqət yetirdikdə, 1967-ci ildən sonra da nüvə sınağı keçirən ölkələrin, hətta bunu gizli gerçəkləşdirən ölkələrin olduğunu görə bilərik.



Modern.az saytı dünyanın nüvə dövlətlərinin son siyahısını təqdim edir.

 

ABŞ – dünyanın ilk nüvə dövlətidir. Məhz bu ölkə 1945-ci il iyluun 16-da Nyu-Meksiko ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirib. Hazırda ABŞ-ın arsenalında 5550 nüvə başlığı var.

 

SSRİ/Rusiya – tarixdə ikinci nüvə dövləti. 1949-cu il avqustun 29-da Qazaxıstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ-nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. 6257 aktiv nüvə başlığı olan Rusiya dünyanın ən böyük nüvə dövlətidir.

 

Böyük Britaniya – ilk nüvə silahı sınaqlarını 1952-ci il oktyabrın 3-də Sakit okeanındakı Monte-Bello adasında həyata keçirib. Hazırda ölkə ərazisində 225 nüvə başlığı saxlanılır.

 

Fransa – 1960-cı il fevralın 13-dən nüvə dövlətidir. Dəhşətli silahın ilk sınaqları o zamanlar Fransanın tərkibinə daxil olan Əlcəzairdə həyata keçirilib. Hazırda Fransa 290 aktiv nüvə başlığına malikdir.

 

Çin – 1964-cü il oktyabrın 16-da Lobnor gölü yaxınlığında 20 kilotonluq nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxil olan 5-ci ölkədir. Rəsmi Pekinin arsenalında 350 nüvə başlığı var.

 

Adı sadalanan dövlətlər “köhnə nüvə dövlət”ləri hesab olunur. Onlar nüvə silahının yayılmaması barədə müqaviləni imzalayıblar. Lakin bəzi dövlətlər bu müqaviləyə qoşulmaqdan imtina edərək öz nüvə silahlarını yaradıblar.

 

Hindistan - müqavilədən kənar ilk nüvə dövlətidir. 1974-cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Hindistanın 160 nüvə başlığı var.

 

İsrail – 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 90 nüvə başlığı olan yəhudi dövləti rəsmi şəkildə bunu təsdiqləmir.

 

Pakistan – 1998-ci il mayın 28-dən nüvə dövləti sayılır. Arsenalında 165 nüvə başlığı olan Pakisan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir.

 

Şimali Koreya – 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib. 2003-cü ilə qədər “Nüvə silahının yayılmaması haqda müqavilə”yə üzv olan sosialist ölkə təxminən 45 nüvə başlığına sahibdir.

 

MAQATE və “Nüvə silahının yayılmaması haqda müqavilə” bu dəhşətli silaha sahib olmaq istəyən ölkələrin planlarını ləngitsə də, tam şəkildə bunun qarşısını ala bilməyib. Beynəlxalq ekspertlərin fikrincə, yaxın 5-10 il ərzində İran, Yaponiya, Kanda, Almaniya, Braziliya, Misir və Səudiyyə Ərəbistanı da nüvə dövlətlərinə çevrilə bilər.

 

Qeyd olunmalıdır ki, ABŞ-ın nüvə potensilaının bir hissəsi – NATO üzvlərində və müttəfiq ölkələrdə yerləşdirilib. Almaniya, Türkiyə, İtaliya, Belçika, Hollandiya, Kanada, Cənubi Koreya və Yaponiyada ABŞ-ın nüvə potensialının bir hissəsi yerləşdirilib.



Bütün dövlətlər nüvə silahına malik olmaq isməmir. Tarixdə nüvə silahından könüllü imtina edən dövlətlər də var. Məsələn, Lissabon protokoluna əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə silahlarını könüllü əsasda Rusiyaya təhvil veriblər, yaxud məhv ediblər. Argentina, Braziliya və Cənubi Afrika Respublikası da könüllü əsasda nüvə texnologiyası tədqiqatlarından imtina edərək, “Nüvə silahının yayılmaması barədə müqavilə”yə qoşulublar.

 

Sonda nüvə silahı barədə 2 görkəmli tarixi şəxsiyyətin 2 fərqli fikrinə nəzər salaq:



“Mən bilmirəm 3-cü dünya müharibəsində hansı silahlarla vuruşacaqlar, amma əminəm ki, 4-cü dünya müharibəsində bu daş və dəyənək olacaq” – Albert Eynşteyn (1921-ci il - fizika üzrə Nobel mükafatı laureatı).

 

“Nüvə silahı olmayan dünya hamımız üçün qeyri-stabil və daha təhlükəli olacaq”– Marqaret Tetçer (1978-1990-ci illərdə İngiltərənin baş naziri). 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək 18 Sentyabr 2021, 18:00 Kənd təsərrüfatı istehsalı 5% artıb  18 Sentyabr 2021, 17:53 Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02
SORĞU Hansı vaksinə etibar edirsiniz?