Modern.az

Belçika karantini yumşaltdı

Belçika karantini yumşaltdı

1 Avqust 2021, 12:19

Belçikada tam peyvənd olunmuş vətəndaşların nisbətinin 70 faizi keçməsiylə hökumət yeni növ koronavirus (Covid-19) tədbirlərini bir qədər yüngülləşdirib.

 

Modern.az "CNN"ə istinadla xəbər verir ki, ölkədə mağaza və ticarət mərkəzlərindəki maksimum müştəri sayının məhdudlaşdırması tamamilə qaldırılıb. Mədəni və ya idman yarışları üçün bütün fəaliyyətlərə, 3 min nəfərlik bağlı məkanların tam olaraq çalışmasına və açıq məkanlarda 5 minə yaxın adamın ola biləcəyi tədbirlərə sərbəstlik verilib.

 

Yeni qərara əsasən, Sərgilər, toylar, qonaqlıqlar və ziyafətlərdə 250 adam iştirak edə biləcək. Düşərgə kimi gənclik fəaliyyətlərində də maksimum 200 nəfərin birgə iştirakı mümkündür. 13 avqustdan etibarən peyvəndlərinin tam olduğunu, 48 saat ərzində PCR testi etdirərək mənfi nəticə əldə etdiklərini və ya yaxın zamanlarda xəstəliyi sovuşdurduqlarını təsdiq edən (Covid Safa Ticket) sənədi göstərənlər açıq havadakı tədbirlərə qatıla biləcək.

 

Belçikada yetkinlərin 70 faizindən çoxu peyvənd edildikdən sonra ölüm halı xeyli azalıb.

 

Xatırladaq ki, Belçika hökuməti iyundan məhdudlaşdırmaları azaltmış, bağlı məkanların çoxunu açmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi