Modern.az

İsmayıllı velosiped zavodu hələ də xarici bazara ÇIXA BİLMİR

İsmayıllı velosiped zavodu hələ də xarici bazara ÇIXA BİLMİR

İqtisadiyyat

18 Avqust 2021, 11:24

2016-cı ilin avqustun 10-da İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu fəaliyyətə başlayıb. İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib.

 

Hazırda velosiped zavodunun fəaliyyəti necə gedir? İl ərzində nə qədər velosiped istehsal olunur?

 

Zavodun icraçı direktoru Hafiz Həsənov Modern.az-a bildirib ki, müəssisənin gücü aylıq 5 min velosiped istehsalına çatır.

 

H.Həsənov, həmçinin deyib ki, zavodda yaxın vaxtlarda əlil arabalarının və skuterlərin istehsalına başlanılacaq.

 

 

 

“Hələlik xarici bazara çıxışımız yoxdur. Çünki zavodun və avadanlıqların gücü ayda 5 min velosiped istehsalına çatır. Mart, aprel və may ayları velosiped mövsümü olduğundan məhsulları yalnız daxili bazara çatdıra bilirdik. Əgər mümkün olarsa, birinci növbədə Gürcüstanla razılaşma qurmaq istəyirik.

 

Hazırda zavodda “Toba”, “İsma” və “Favorite” adlı velosipedlər istehsal olunur. Gələcəkdə əlil arabalarının istehsalından sonra, skuterlərin istehsalı ilə bağlı planlarımız var”,  - deyə icraçı direktor vurğulayıb.

 

Qeyd edək ki, İsmayıllıdakı velosiped zavodunda 100 nəfərə yaxın işçi çalışır. Zavodun ümumi istehsal ərazisi 2200 kv.metrdir.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır