28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 Sentyabr 2021, 11:45 | REPORTAJ
Beşəm dünyaya gətirən Lamiyə: “Uşaqlar eyni anda ağlayırlar” - VİDEO

Üç il övlad həsrəti ilə yaşayan Mürşüdlü ailəsini Tanrı ikiqat deyil, üçqat deyil, tam beşqat mükafatlandırdı. Beş uşaq dünyaya gətirəcəyini biləndə 29 yaşlı Lamiyə sevinc və fərqli hisslər yaşadığını deyir. Amma görünür, övladları dünyaya gəldikdən sonra qarşılaşacağı çətinliklərdən xəbərsiz idi.

 

İlk acını elə doğum evində yaşadı, körpələrdən birinin ömrü çox qısa oldu. İndi qəhrəman ananın qarşısında duran ən böyük missiya 4 uşağını böyüdüb, boya-başa çatdırmaq, onlara firavan həyat bəxş etməkdir.

 

Modern.az-ın əməkdaşları Lamiyə Mürşüdlünü evində ziyarət edərək, onunla həmsöhbət olub.

 

 

- Əvvəlcədən soruşmaq istərdik, beş övladınızın olacağını gözləyərdinizmi?

 

 - Sözün açığı gözləmirdim, amma həmişə əkiz övladımın olmasını istəyirdim. Tibbi yoxlanış zamanı beş uşağımın olacağını eşidəndə, mənim üçün gözlənilməz oldu. Müalicələr dövründə mənə dörd embrion yerləşdirilmişdi. Daha sonra biri iki yerə bölünərək beş olmuşdu.

 

-Eyni anda beş övlad dünyaya gətirmək necə hiss idi?

 

  • Çox fərqli və gözəl hisslər yaşadım.
  •  

 

- Körpələrə baxarkən hansı çətinliklərlə üzləşirsiniz?

 

- Uşaqlara çox vaxt tək baxıram. Nadir hallarda ya yoldaşımın, ya da mənim valideyinlərim gəlib kömək edirlər. Səhhətləri ilə əlaqədar olaraq daimi gələ bilmirlər. Əgər gündüz gəliblərsə, mən gecə tək baxıram və ya əksinə. Bu isə çox yorucudur. Dörd uşaq eyni anda ağlayanda, onlara baxmaq çətindir.

 

Uşaqların yemək qrafikinə ciddi şəkildə əməl olunur. Hərəsinin öz vaxtı var, həmin saatda yeməklərini verirəm. Analar qıymırlar yatan uşağı oyatsınlar, amma biz məcburiyyət qarşısında onları oyadırıq. Əgər oyatmasam qrafik pozular və eyni anda dörd uşağın ağlama prosesinə gəlib çıxar.

 

 

 - Bəs ad seçiminə necə qərar verdiniz?

 

-Uşaqların adlarının seçiminə biz qərar verməmişdik. Hamilə olarkən yoldaşımla razılığa gəldik ki, adı böyüklərimiz qoysun.

 

Üç il müddətində bütün həkimlərin bizə qurduğu bir cümlə var idi: “Mümkün deyil, olmayacaq”. İkinci əməliyyatımdan sonra ümumiyyətlə imtina edirdilər, bəzi həkimlər məni qəbul etmirdi.  

 

Öncə dördüz olacaqlarını bildiyimiz üçün ikisinə mənim, ikisinə isə yoldaşımın valideynlərinin ad qoymasını istəmişdik. Sonra üç oğlan iki qız olacağını öyrəndik, ancaq doğum anında dörd oğlan bir qız olduğunu biləndə mənim üçün gözlənilməz oldu. Hətta həkimə dedim ki, iki qız olmalıdır.

 

Allahın bu gününə şükür bir oğlumuzu itirsək də digər övladlarımız sağ-salamatdır. Uşaqların adları Altay, Emin, Turan və Alesiyadır. 

 

 

- Həyat yoldaşınız uşaqlara baxmağa kömək edir?

 

- Yoldaşım səhər saat 6-da evdən çıxıb, axşam 8-də gəlir, işi ağırdır. Bütün günü ayaqüstündə olur, hava şəraitindən asılı olmayaraq, hər gün çalışır. Evə gəldiyi zaman gücünün çatdığı qədər köməklik göstərə bilir. Ağır bir işdə çalışan, evə gec saatda gələn birindən gecə boyunca mənə yardım etməsini tələb etmək insafsızlıq olar.

 

- Maddi durumunuz uşaqlara baxmağa kifayət edirmi?

 

- Ailəmizdə yalnız yoldaşım işləyir, mən analıq məzuniyyətindəyəm. Analıq məzuniyyətində bir dəfəlik ödəmə olur, əlavə yardım olmur. Maddi yardımı işlədiyim yerdən premya olaraq verdilər. Müdriyyətimiz tərəfindən uşaqlar üçün araba alındı. Müxtəlif şirkətlər tərəfindən yardımlar oldu.

 

 

- Gələcəkdə övladlarınızın hansı peşəyə sahib olmalarını istərdiniz?

 

- Peşə olaraq seçimimiz yoxdur, özləri hansı sahələri istəsələr, ora da yönələrlər. Bizim üçün vacib olan onların əxlaqlı, tərbiyəli və normal insan olmalarıdır. Vicdanlı insan hansı peşədə olmasından asılı olmayaraq, o öz işini layiqincə yerinə yetirəcək. Önəmli olan onlara insanlığı öyrətmək, doğru tərbiyə verməkdir.

 

Humay İsgəndərova

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:51 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56 Daha bir ölkə turistlər üçün sərhədlərini açır 28 Sentyabr 2021, 07:50 Azərbaycan bu məhsulların idxalına qadağa qoydu 28 Sentyabr 2021, 07:46 Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var 28 Sentyabr 2021, 07:32
SORĞU Hansı vaksinə etibar edirsiniz?