Modern.az

Ermənistan və Fransa XİN başçıları zəngləşdi

Ermənistan və Fransa XİN başçıları zəngləşdi

Dünya

17 Sentyabr 2021, 17:38

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların yenidən bəpra olunmasının vacibliyini qeyd edib.

 

Bundan başqa, 44 günlük müharibə zamanı yaranmış humanitar problemlərin aradan qaldırılması üçün birgə fəaliyyət yolları nəzərdən keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu