Arxiv
6 Oktyabr 2021, 13:28 | ANALİTİKA
Tehran Moskvaya Azərbaycandan ŞİKAYƏT ETDİ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiyanın xarici işlər naziri iranlı həmkarıyla görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Lavrov bu yolla Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışıb. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır.


Modern.az-ın məlumatına görə, bu görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüblər.

 

“Bu şərtlərdən əsası İrana qarşı sanksiyaların tamamının ortadan qaldırılmasıdır. Vaşinqton buna hazır deyil. Ona görə də yeni nüvə sazişinin imzalanması bu il də baş tutmaya bilər”.

 

Ekspertin sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycandan da şikayət edib.

 

“Hüseyn Əmir Abdullahian Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərinə varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.

 

Aydındır ki, İranın xarici işlər naziri “sərhədlərin dəyişdirilməsi, “terrorçular” və “sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur. Azərbaycan işğal altındakı torpaqlarını azad edib və Ermənistanla sərhədə çıxıb, Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürüb. Tehran bunu “sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özü Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycana məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, “sərhədlər dəyişdirilməməlidir””.

 

Siyasi şərhçi bildirib ki, Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq, Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi:

 

“Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət “sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir”.

 

Politoloq bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib.

 

“Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kremli öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək.

 

Keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi, iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ hərbi təyyarəsi Ermənistan-Azərbaycan sərhədində UÇDU 6 Dekabr 2021, 00:20 “Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?