Arxiv
15 Oktyabr 2021, 10:56 | İQTİSADİYYAT
BAHALAŞAN məhsullar - Çörək, araq, geyim...

2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz olub.

 

 

2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.

 

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

2021-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Dgər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?